Almaniyalı hücumçu “Neftçi”ni bəyəndi: “Düzünü desəm…”

26 Yanvar 23:00 Müsahibə 158
Almaniyalı hücumçu “Neftçi”ni bəyəndi: “Düzünü desəm…”

“Zirə”nin futbolçusu Leroy Mikels Sportinfo.az-a müsahibə verib.

30 yaşlı almaniyalıı hücumçu “Neftçi”ylə qolsuz bərabərliklə başa çatan matçla bağlı sualları cavablandırıb.

- Səfərdə “Neftçi”ylə bərabərə qalmaq. Əla nəticədir?

- Əla deyə bilmərəm. Çünki bura qıələbə dalınca gəlmişdik. “Neftçi”nin bu oyununu və istəyini nəzərə alsaq, 1 xal pis deyil.

- İlk hissədə “Zirə”nin özünə bənzəməməsinin səbəbi nə idi?

- Düşündüyümüz müəyyən planlar var idi ki, onları həyata keçirə bilmirdik. Fasilədə edilən taktiki dəyişiklikdən sonra vəziyyət düzəldi. Fikrimcə, hər iki komanda alqışalayiq oyun nümayiş etdirdi.

- “Palms Sports Arena”da “Neftçi”yə qarşı oynamaq çətindir?

- Çətindir deyəndə ki... Əvvəla buradakı meydanın ölçüləri bizim meydanın ölçülərindən bir az böyükdür. Digər tərəfdən, stadion dörd tərəfdən tribunalarla əhatə olunub deyə, matçın gedişində ab-hava xoş olur. Həm də “Neftçi” öz meydanında, doğma azarkeşlərinin qarşısında daha inamlı görünür. Düzünü desəm, “Neftçi” dekabrdakı kubok qarşılaşması ilə müqayisədə bu dəfə daha xoş təsir bağışladı. Yeni baş məşqçi komandada yeni işlər görür.

- Vacib 2 xal itirdiniz. “Turan Tovuz” – “Sumqayıt” matçında komandalardan biri qələbə qazansa, turnir cədvəlində 4-cü pilləyə yuvarlanacaqsınız.

- Əsas olan öz oyunumuza və nəticəmizə baxmaqdır. Biz qələbə qazanandan sonra başqalarının nə etməsi önəm daşımır. Bir də ki, finişə 16 tur qalıb. O vaxta qədər çox dəyişikliklər olacaq. Önəmlisi 33-cü turun yekunudur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!