“Baş məşqçimiz “Barselona” kimi oynamağımızı istəyir” – Kapitan açıq danışdı

21:20 Müsahibə 187
“Baş məşqçimiz “Barselona” kimi oynamağımızı istəyir” – Kapitan açıq danışdı

“Araz-Naxçıvan”ın kapitanı Urfan Abbasov Sportinfo.az-a müsahibə verib.

33 yaşlı müdafiəçi komandasının yoxlama görüşündə “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra sualları cavablandırıb.

- Belə oyunlar göstərici olmasa belə, hava şəraitini də nəzərə alsaq, ümumilikdə özünüzü nə dərəcədə göstərə bildiniz?
- Özünüz də gördünüz ki, hava çox soyuq idi. Belə şəraitdə oynamaq bir az çətindi. Baş məşqçimiz də yeni gəlib. Müəyyən tapşırıqları var deyə, onları icra etməyə çalışırıq. İndi də, bundan əvvəl əvəzedici komandamızla yoxlama matçında da çalışırdıq ki, onun dediklərini həyata keçirək. Hələ ki bu şeylərə öyrəşməmişik. Lakin çalışırıq ki, tapşırıqları bacardığımız qədər yerinə yetirək., İnanıram ki, bu, bizdə alınacaq.

- Maraqlıdı, yeni tapşırıqlar nədən ibarətdir? Ümumiyyətlə, Andrey Demçenko “Araz-Naxçıvan”ın oyun planında nələri dəyişmək istəyir?
- Topla çox oynamağımızı, müdafiədən başlayanda da topla çıxmağımızı istəyir. Ən çox irəlidə presssinq edib topu rəqibdən almağımızı tələb edir. Müasir futbolda necədi - "Mançester Siti", “Barselona” necə oynayır, bunu bizə misal gətirir. Bizim də belə oynamağımızı istəyir. Çalışırıq baş məşqçinin dediklərini yavaş-yavaş həyata keçirək.

- İndiyə qədər başqa bir ukraynalı - Roman Qriqorçukla işləmisən. Demçenkonu bir məşqçi, bir insan kimi necə incələyərdin?
- Tələbkar məşqçidir.Ukraynalı mütəxəssislərin özlərinə məxsus nizam-intizamları, dəst-xətləri var. Güc futboluna da üstünlük verirlər. Məşqlərimiz də daha çox topla oyun üzərində qurulub. İstəyir ki, yalnız ötürmələrlə oynayaq.

- Mövsümün ilk yarısını komandanız üçün nə dərəcədə uğurlu hesab etmək olar?
- İki oyunda üzücü məğlubiyyət aldıq - biri “Qəbələ”yə, biri də məncə, “Sumqayıt”a. Fikrimcə, bu görüşlərdə qalib gəlsəydik, indi xal sayımız daha çox olardı.

- Bəs, kubokda “Kəpəz”ə məğlubiyyət?
- Düzdü, bu da uğursuz matçımız kimi qeyd olunmalıdır. Bu 3 matç çıxsaq, qalanları bizim üçün yaxşı keçdi.

- Halbuki, bu üç rəqibin hamıs “dişinizə” görə idi. Niyə belə uğursuz alındı, səncə?
- Nə deyim, oyundu, belə alındı. Futbolda bəzən belə enişlər də olur. Son oyunda toparlandıq, “Şamaxı”ya qalib gəldik.

- Komandanızda sən də daxil olmaqla çox sayda sabiq "Qəbələ"li olduğunu nəzərə alsaq, buna qədər “Qəbələ”də birlikdə çalışdığınız Elmar Baxşıyebin göndərilməsini necə qarşıladınız?
- Futbolçuyam, bu haqda rəhbərlik qərar verir. Elmar müəllimlə münasibətlərimiz həmişə yaxşı olub. Ona da gələcək karyerasında uğurlar arzulayıram. Çox yaxşı baş məşqçidi. İnanıram ki, daha yaxşı uğurlar qazanacaq.

- Maddi sıxıntınız var?
- Yox, bizdə maddi baıxmdan heç vaxt problem olmayıb, rəhbərlik həmişə həll edib.

- Demçenkolu "Araz-Naxçıvan"dan mövsümün sonunda nə gözləyək?
- Təbii ki, yeni baş məşqçqiyə vaxt lazımdı. Turdan-tura yaxşı oynamağa çalışacağıq. Demçenkonun dediklərini eləsək, məncə, yaxşı olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti