"Qarabağ"ı taxtdan salan adam: "Hər oyun bizim üçün finala bərabər olacaq"

22:20 Müsahibə 125
"Qarabağ"ı taxtdan salan adam: "Hər oyun bizim üçün finala bərabər olacaq"

“Sabah” qış təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama görüşündə “Şamaxı”nı məğlub etdi – 2:0.

“Bank Respublika Arena”da keçirilən oyundan sonra komandanın baş məşqçisi Valdas Dambrauskas Sportinfo.az-a müsahibə verib.

- İlk öncə oyun barədə nələr deyə bilərsiniz?

- Yeni ildə ilk oyunumuz idi. Gördüyünüz kimi rəqib iki fərqli heyətdən istifadə etdi. Ona görə də tam təhlil edə bilmərik. Biz də daha çox ikinci komandamızdan gələn 4-5 oyunçunu və az vaxt alan oyunçularımızı bu gün meydanda görmək istəyirdik. Bu oyunçular barədə məlumatlar əldə edib, məşqlərdə dəyərləndirməyə çalışacağıq.

- Arasında əcnəbilərin də olduğu bəzi gəncləri meydanda gördük. İlkin siqnallar necədir?

- Belə görüşlər gənclər üçün yaxşı şansdır ki, qorxmadan, çəkinmədən oynasınlar. Gələcək göstərəcək ki, bizə nə qədər fayda verə bilərlər.

- Umarali Raxmonaliyev və Aron Maluda ilə bağlı məsələ öz həllini tapdı. İndi əsas narahalıq Velko Simiç və Timoteuş Puxaçla bağlıdır. Onlar da “Sabah”da qalmağa davam edəcəklər?

- Bu daha çox rəhbərliyə verilməli sualdır. Mən baş məşqçiyəm. İşim məşq keçməkdir. Hazırda rəsmi nəsə yoxdur və bu barədə danışmaq çox erkəndir. Kimlər gəlir, kimlər gedəcək kimi suallar rəhbərliyə ünvanlanacaq suallardır. Bu barədə danışmaq çox erkəndir.

- Sizi “Qarabağ”la çempionluq mübarizəsi gözləyir. Yeni transferlər olacaq?

- Öncəki sualın sanki təkrarı idi. Bənzər cavab verəcəyəm. Yeni transfer etmək çox çətindir. Onların paltardəyişmə otağına uyğunlaşması var. Bizim tələblərə alışması var. Ona görə yoxlama görüşləri keçiririk ki, gənclərə və az oynamaq şansı alanlara meydan verək. Mövsümün ikinci yarısı hər oyun bizim üçün finala bərabər olacaq. Detallar çoxdur. Nəsə səhv etmək istəmirik. Ciddi təhlillər aparırıq. Nəsə olsa, rəsmi şəkildə məlumat veriləcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti