“Karvan Yevlax”ın nigeriyalı yarımmüdafiəçisi Qavi Tompson Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 16-cı turunda “Neftçi”yə məğlub olduz (1:2). Niyə belə?
- Çox çətin oyun oldu. Yaxşı mübarizə apardıq. Təəssüf ki, sonluq ürəkaçan olmadı.
- Artıq neçənci oyundur komanda hesabda öndə olduğu halda sonda məğlub olur. Nə baş verir?
- Futbolda hər şey ola bilər. Düzdü, bu gün də birinci qolu vurduq. Amma ikinci yarıda meydanda çox problem yaşadıq. Yekunda da üstünülüyü qoruyub saxlaya bilmədik.
- Üzdüyünüz bu qədər azarkeşə nələr deyərdin?
- Biz də onlar qədər məyusuq. Çalışdıq ki, yaxşı nəticə qazanaq. Təəssüf ki, bacara bilmədik. Çox üzgünəm və hər birindən üzr istəyirəm.
- Liqada qalmaq çətin görünmür?
- Premyer Liqada qalmaq üçün gücümüz var. Fasilədən sonra mübarizəmiz davam edəcək. Biz geri qayıdacağıq.
XANOĞLAN İMANOV

