“Neftçi”ni dağın başına qoydu: “Xoşbəxtik, məyus deyilik”

20:40 Müsahibə 184
“Neftçi”ni dağın başına qoydu: “Xoşbəxtik, məyus deyilik”

“Sumqayıt” “Neftçi”ylə oyunda möhtəşəm güridönüş etməyi bacardı.

Hesabda 0:2 geri düşməsinə baxmayaraq, özündə güc tapan “kimyaçılar” matçı 1 xalla başa vurdu – 2:2.

“Sumqayıt”ın cinah yarımmüdafiəçisi Aleksa Yankoviç Sportinfo.az-ın suallarını cavablandırıb.

- Geridönüşə görə sevinc hissi çoxdur, yoxsa qələbə qazana bilmədiyinizə görə üzgünlük?

- İlk növbədə “Neftçi”ni gözəl oyuna, “Sumqayıt”ı göstərdiyimiz xarakterə görə təbrik etmək istəyirəm. Çox güclü rəqibə qarşı mübarizə apararaq 1 xal qazandıq. Həqiqətən yaxşı oynadılar. Fikrimcə, azarkeşlər qarşılaşmadan həzz aldı. Hesabda 0:2 geridə olduğumuz halda, yekunda 1 xal qazandığımıza görə xoşbəxtik. Hər iki komanda 3-cü qolu vura bilərdi. Əsas odur məyus deyilik.

- “Neftçi” 2 xal itirdi, yoxsa “Sumqayıt” 1 xal qazandı? Heç-heçə oyuna görəydi?

- Ümumi mənzərəyə baxsaq, “Neftçi” itirdi. Lakin bir şey də var ki, son yarım saatda sərgilədiyimiz futbola və yaratdığımız qol fürsətlərinə baxanda, məğlubiyyətə layiq deyildik. Belə deyim, 1 xal hər iki komandanın haqqıydı.

- 60 dəqiqə ərzində “Sumqayıt” hardaydı?

- Oyuna yaxşı başlamamağımız “Neftçi”yə qol şansları yaratmaq imkanı verdi. Ardıcıl həmlələrdən sonra rəqib hesabı açdı. İkinci hissəyə də pis start verdik və ikinci qolu buraxdıq. “Neftçi”nin vurduğu ikinci qol bizə motivasiya verdi. Həm sürəti artırdıq, həm də əvəzetmələrin hesabına üstünlük qazandıq.

- Saşa İliçin texniki zonada olub-olmamasının futbolçular üçün fərqi var?

- Əlbəttə. Hər bir futbolçu məşqçinin özünə yaxın olmasını istəyir. İliç öz yerində olanda oyunu hiss edir, sanki yanımızda olur və lazım olan tapşırıqları verir. Tribunada oturmaqla texniki zonada dayanmaq arasında fərq çoxdur. Tribunada oturanda bəlkə də gördüyü çox şeyi bizə çatdıra bilmir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti