“Neftçi”nin hücumçusu: “Mənim buna sözüm yoxdur”

20:20 Müsahibə 126
“Neftçi”nin hücumçusu: “Mənim buna sözüm yoxdur”

“Neftçi”nin hücumçusu Alessio Kurçi Sportinfo.az-a müsahibə verib.

23 yaşlı lüksemburqlu legioner komandasının “Sumqayıt”la bərabərə qaldığı oyundan sonra (2:2) sualları cavablandırıb.

- 2 top fərqi ilə öndə olduğunuz halda, qələbənin əldən çıxmasıyla bağlı nə deyə bilərsən?

- Nə deyəcəyimi bilmirəm. İzah vermək üçün sözüm yoxdur.

- Hansı məqamlarda səhvlərə yol verdiz?

- Bəlkə də 2:0-dan sonra müəyyən arxayınlıq yarandı deyə, oyuna nəzarəti əldən verdik. Halbuki 2:0-a qədər əla oynayırdıq, hətta sonrakı dəqiqələrdə qol fürsətləri də yaxalamışdıq. Sonradan müvazinəti itirdik və rəqibə əl-qol açmaq imkanı yaratdıq.

- “Neftçi”nin problemi nədir? Problem nədədir, kimdədir?

- Komandaya yayda gəlmişəm. Heç bir izahım yoxdur.

- “Neftçi” bu gedişlə avrokuboklara vəsiqə qazana biləcək?

- Hamımız buna ümid edirik. Əslində, “Sumqayıt”a qarşı çox yaxşı oynadığımızı düşünürəm. Sadəcə ələ düşən fürsətləri boşa verməklə işimizi çətinə saldıq. Qarşıda təxminən 1 aylıq fasilə olacaq. Həmin müddətdə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq ki, vəsiqəni bayram edək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti