Axır ki, “Neftçi”nin əsl dərdini deyən tapıldı! - Kapitanla SƏMİMİ MÜSAHİBƏ

21:20 Müsahibə 239
Axır ki, “Neftçi”nin əsl dərdini deyən tapıldı! - Kapitanla SƏMİMİ MÜSAHİBƏ

Azərbaycana gəldiyi gündən mətbuatdan uzaq gəzən kapitan Kenan Piriç Sportinfo.az-a müsahibə verib.

“Neftçi”nin yayda heyətinə qatdığı bosniyalı qapıçı Azərbaycan kubokunda “Zirə”yə məğlubiyyətin (0:1) yaratdığı sualları cavablandırıb.

- Yenə qələbəsizlik, yenə məğlubiyyət...

- Bəli, haqq etmədiyimiz və bizi üzən növbəti yenilgi oldu. Biri var, bacardığının 100 faizini edirsən, biri də var, 100 faizdən daha artığını. Bu gün daha artığını etdik. Təəssüf ki, yekunda layiq olmadığımız məğlubiyyəti aldıq. Və həmin qolu sona 3 dəqiqə qalmış buraxdığımızı düşünəndə adamın ağlı başından çıxır. Nə deyim axı? Hamı üzgündür. Vəziyyət yaxşı deyil.

- Sən də bizim kimi penalti seriyasının planlarını cızırdın yəqin.

- O barədə qətiyyən düşünmürdüm. Çünki oyun elə məcrada keçirdi ki, nəsə düşünməyə imkan da yox idi. “Zirə”nin təhlükəli əks-hücumlarını görürdüm və düşündüyüm belə vəziyyətdən qol buraxmamağımız idi.

- Keyfiyyətli futbolçularınız var?

- Əlbəttə.

- Baza, şərait, meydança?

- Var-var.

- Maaşlar vaxtında köçürülür?

- Düzdür.

- Elədirsə, nəyə ehtiyacınız var? Niyə uğur qazana bilmirsiz?

- Özüm də bilmirəm. Bilmirəm, bilmirəm.

- Bəlkə savadlı, bacarıqlı baş məşqçi?

- Özüm komandaya 3 ay əvvəl qoşulmuşam. Bəzi futbolçuların düşərgəyə gec gəlməsi səbəbindən təlim-məşq toplanışında optimal “11-lik”lə oynaya bilmədik. Yoldaşlıq görüşlərində hər dəfə heyət dəyişirdi. Çempionatın ilk turundakı heyət ilk dəfə birlikdə oynayırdı. Hazırlıq mərhələsindən çox şey asılıdır. Mövsümə istədiyin kimi hazırlaşa və başlaya bilməyəndə sonradan çətin olur. İndi çox çətin durumdayıq. Gücümüz birlik nümayiş etdirərək bu vəziyyətdən çıxmağa çatır. Başqa yolumuz yoxdur.

- Gecələr rahat yata bilirsən?

- Baxır hansı gecəni. Məsələn, bu gün çətin yuxuya düşüm. Çünki kubok həm titul, həm də avrokuboklara vəsiqə baxımından ən uyğun variant idi. Kubok əldən getdi, çempionatda əsas rəqiblərdən geri qalırıq, yeni baş məşqçi gəlməlidir. Belə vəziyyətdə yatmaq mümkün deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti