Premyer Liqada işi çətinə düşən “Neftçi” Azərbaycan kubokunda da fiaskoya uğradı.
Büdcəsinə görə yalnız “Qarabağ”dan geri qalan “ağ-qaralar” 1/8 final mərhələsində “Zirə”yə məğlub oldu.
90 dəqiqə qolsuz bərabərliklə başa çatdığından, əlavə 30 dəqiqəyə ehtiyac duyuldu ki, mübarizəyə sonradan qoşulan Junior Martins dəqiq zərbə ilə komandasını növbəti mərhələyə daşıdı.
“Neftçi”nin fransalı "11 nömrə”si İmad Faraj Sportinfo.az-a verdiyi açıqlamada yenilgini şərh edib:
“Çempionatda çox xallar itirmişik deyə, diqqətimizi daha çox kuboka ayırmışdıq.Kuboku əldə etməklə Avropa Liqasına vəsiqəni hədəfləmişdik. İnamlı və baxımlı oyunla qələbə qazanmaq istəyirdik.
Oyunboyu yaxşı müdafiə olunduq, hücumlar qurduq, hətta sonradan hesaba alınmayan qol da vurduq. Ümumilikdə pis oynamadıq,
“Zirə”dən geri qalmadıq. Təəssüf ki, sona 3 dəqiqə qalmış diqqətsizlik edərək qapımızda qol gördük. Günahı yenə özümüzdə axtarmalıyıq.
İndi hamımız məyus və əsəbiyik. Nə deyəcəyimizi, nə edəcəyimizi bilmirik”.
Azərbaycan kuboku ilə vidalaşan paytaxt təmsilçisi Premyer Liqanın 13-cü turundan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.
HƏBİB

