“O. Işini bilir, millidə irəliləyişə nail olacaq" - Baş məşqçini yaxşı tanıyan şəxs

16:05 Müsahibə 165
“O. Işini bilir, millidə irəliləyişə nail olacaq" - Baş məşqçini yaxşı tanıyan şəxs

Azərbaycan millisinin veteran müdafiəçisi Vurğun Hüseynov Sportinfo.az-a müsahibə verib.

Hazırda "Sumqayıt" klubunda məşqçi kimi çalışan Hüseynov Azərbaycan millisinin son oyunu və qarşıdan gələn matçla bağlı fikirlərini bizimlə bölüşüb.

- İslandiya ilə görüşü izləmək imkanın oldu?

- Bəli, sona qədər baxdım.

- Nə gözləyirdin, nə gördün?

- Açığı, ən azı 1 xal qazana biləcəyimizə düşünürdüm. Təəssüf ki, birinci hissədə çox zəif təsir bağışladıq. İkinci yarıda rəqib daha çox hesabı qorumağa çalışdı. Daha az güc sərf etdilər. Çünki qarşıdan Ukrayna ilə daha ağır oyun onları gözləyirdi.

- Futbol ictimaiyyətində də belə fikir var ki, biz daha çox hücum etməliyik. Bu qədər müdafiədə oturmaq olmaz. Səncə, arsenalımızda olan resuslar buna imkan verir?

- Bəli, hücumda oynamaq olar. Amma unutmayaq ki, rəqibin də gücündən çox şey asılıdır. Bu gün rəqiblərimiz imkan verdiyi qədər biz oynaya bilirik.

- Qarşıdan Fransa ilə oyun gəlir. Matçla bağlı nə demək olar?

- Millimizə uğurlar arzu edirəm. Çox çətin oyun olacaq. Bu görüş haqqında danışılası çox şey yoxdur. Rəqibin gücü, futbolçuların səviyyəsi göz qabağındadır.

- Daha bir seçmə mərhələni arxada qoyuruq. Ayxan Abbasovu yaxından tanıyan, sərəncamında oynamış biri kimi onunla bağlı fikirlərin necədir? Milliyə fayda verə bilər?

- Ayxan müəllim işini bilən məşqçidir. Millidə işinə davam etməsini istəyərdim. Düşünürəm ki, yaxın gələcəkdə yığmamız onun rəhbərliyi altında irəliləyişə nail olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti