"Rəşad Sadıqov, Ayxan Abbasov və Samir Abasovla Saşa İliçi müqayisə etmək düzgün olmazdı"

21:00 Müsahibə 229
"Rəşad Sadıqov, Ayxan Abbasov və Samir Abasovla Saşa İliçi müqayisə etmək düzgün olmazdı"

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Premyer Liqanın 11-ci turunda "Qəbələ"ni məğlub etdikləri (2:0) oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbə təəssüratların necədir?

- Çətin oyun idi. Turnir cədvəlindəki yerinə baxmayaraq, “Qəbələ” çox mütəşəkkil hücum xəttinə malikdir. Liqanın ən çox hücum edən komandalarından biridir. Belə komandaya qalib gəlmək çox gözəldir.

- İdeal oyun keçirdin. Matçın qəhrəmanı adlandıra bilərik?

- Bütün komanda fədakar oynadı. Hamı yaxşı çıxış etdi.

- Ardıcıl 5 oyunluq qələbəsiz seriyadan sonra son 4 görüşdə 3 qələbəniz var. Milli fasilədən nələri dəyişə bildiniz?

- Yeni komanda olanda belə olur. Ona görə də oyundan oyuna özümüzü yaxşılaşdırmalıyıq. Ən vacibi budur.

- Ölkəmizdə Ayxan Abbasov, Samir Abasov, Rəşad Sadıqov kimi yerli məşqçilərlə işləmisən. Saşa İliçi onlardan fərqləndirən xüsusi nəsə var?

- Danışmaq və müqayisə etmək düzgün olmazdı. Hər məşqçi özünəməxsus şəkildə yaxşı idi və mən hər birindən yeni bir şey öyrəndim və özüm də onu mənimsəməyə çalışdım.

- "Sumqayıt" liderlər qrupundadır, sən də son oyunda yaxşı çıxış etdin. Milliyə dəvət olunmağı gözləyirdin?

- Təbii ki, milliyə çağırılmaq klubunda nə qədər yaxşı oynadığına görə bonusdur. Daha yaxşı bir şey yoxdur. Əgər yenidən yığmaya çağırılmaq qismət olsa, millimizin ayaqda qalması üçün əlimdən gələni edəcəyəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti