Yeni gəldi, şükr etdi: “Qarabağ” təkcə məndən ibarət deyil” - MÜSAHİBƏ

1 Noyabr 22:20 Müsahibə 333
Yeni gəldi, şükr etdi: “Qarabağ” təkcə məndən ibarət deyil” - MÜSAHİBƏ

“Qarabağ”ın müdafiəçisi Sami Mmarr Sportinfo.az-a müsahibə verib.

Vaxtilə “Ferenetvaroş” və “Dinamo”nun (Zaqreb) heyətində Bakıya rəqib qismində səfər etmiş, hazırda icarə əasında Ağdam təmsilçisinin uğurları üçün tör tökən 29 yaşlı mərkəz müdafiəçisi bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

- Premyer Liqa matçlarında əksər rəqiblər “Qarabağ”a qarşı böuük qüvvə ilə müdafiə olunur. Bu məqam futbolçularda əsəb yaradır?

- Ölkənin ən böyük komandasısansa, rəqiblərin sənə qarşı bu cür davranması normaldır. Bu, dünyanın hər yerində belədir. Şəxsən əsəbiləşmirəm və komanda yoldaşlarımın da özündən çıxdığına inanmıram. Əksinə, müdafiəni yarmaqla bağlı çıxış yolu tapmalıyıq. Hər nə qədər çətin olsa da, qələbə qazanmaq üçün qol vurmalıyıq.

- Daxili çempionatdan fərqli olaraq Çempionlar Liqasında şans qazanmırsan. Avorkubok təcrübəsi zəngin olan biri kimi ehtiyatda qalmağın sənə necə təsir edir?

- Əlbəttə, hər bir futbolçu Çempionlar Liqasında meydanda olmağı arzulayır. “Qarabağ” təkcə Samidən ibarət deyil. Mənim mövqeyimdə çıxış edən başqa futbolçular var ki, onlar inamlı oynayır və nəticələr uğurludur. Nəticələr yaxşı olanda heyətin dəyişməməsinə normal yanaşıram. Məqsədim hər zaman hazır olmaq və baş məşqçinin şans verəcəyi halda, “Qarabağ”a kömək etməkdir. İnşallah, mənə də şans verilər və əlimdən gələni edərəm.

- Rəqib qismində Bakıya səfərlərin yadımdadır. Hətta “Qarabağ” – “Dinamo” matçından sonra saytımıza müsahibə vermişdin. Maraqlıdır, Bakıya futbolçu və ya turist kimi bir neçə günlük səyahət etmək xoş idi, yoxsa burada daimi yaşamaq?

- Dörd aydır buradayam və əminliklə deyə bilərəm ki, Bakıdakı həyat tərzi möhtəşəmdir. Şəhəri sevirəm, insanları bəyənirəm və ən vacibi İslam ölkəsindəyəm. Rəqib kimi gələndə gəzmək üçün vaxtımız olmurdu. Bir çox yerləri görə bilməmişdim. Lakin indi belə bir imkanım var. Azərbaycandan və Bakıdan zövq alıram.

- İslam ölkəsində, müsəlmanların əhatəsində yaşamaq sənə əlavə rahatlıq verir?

- Karyeramda ilk dəfə islam ölkəsində oynayıram. Etiraf edirəm ki, bundan rahatlıq tapıram. Məşqçilər heyəti, futbolçular, inzibati heyət işçiləri ilə birlikdə məscidə gedir, namaz qılırıq. Bu, bəzən məşqdən əvvəl, bəzən məşqdən sonra olur. Həyatımda ilk dəfə bu hisləri yaşadığıma görə şükürlər olsun!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!