“Qarabağ”dan getmək qərarını özüm verdim” – Sükutu “Sportinfo” ilə pozdu

6 Sentyabr 19:40 Müsahibə 1 577
“Qarabağ”dan getmək qərarını özüm verdim” – Sükutu “Sportinfo” ilə pozdu

Hamidu Keyta hazırda “Araz-Naxçıvan”da əvəzedici statusunu daşıyır.

Halbuki indi başqa klubda və daim “11-lik”də ola bilərdi.

İndi isə 2 il əvvəl verdiyi yanlış qərarın acısını çəkir.

2022-in yanvarında “Santa-Klara”dan (Portuqaliya) “Zirə”yə keçən, “qartallar”ın heyətində keçirdiyi 54 oyunda 15 qol vurub, 12 assistə imzasını yazdıran cinah hücumçusu 2023-ün yayında “Qarabağ”ı seçməklə karyerasının bəlkə də ən yanlış qərarını verdi.

Mütəmadi oynamaq imkanı çətin görünən yerə - Abdullah Zubirlə rəqabətə yollandı və kölgədə qaldı.

Səhvini 1 ildən sonra anlayanda isə Azərbaycanı tərk etmək fikrinə düşdü. Bu dəfə “Konyaspor”a kömək etmək niyyəti ilə Türkiyəyə uçdu. Burada da ümidləri doğrulda bilmədiyindən, 1 ildən sonra yenidən Azərbaycana – “Araz-Naxçıvan”a qayıtdı.

Keyta ilə komandasının “Qəbələ” üzərində qazandığı 2:1 hesablı qələbədən danışanda, bilərəkdən söhbəti “Zirə”dəki dönəmə apardım və müsahibə verməklə arası olmayan fransızla maraqlı sual-cavab alındı.

- “Zirə”də gördüyümüz Keyta hanı?

- Gəlir, gəlir (gülür).

- 2 ildi haradaydı?

- “Qarabağ”a getdim, nələrsə etməyə çalışdım. Qollar vurdum, qol ötürmələri verdim. Sonra yeni macəra üçün Türkiyə Super Liqasının yolunu tutdum.

- Lakin işlər heç də istədiyin kimi getmədi.

- Elədir. “Qarabağ”da güclü futbolçular cəmlənib. Nə vaxt şans qazanmışdımsa, meydanda bacardığımın 100 faizini etmişdim. “Konyaspor”da da həmçinin, şans veriləndə komandama kömək etməyə çalışırdım.

- Məhsuldarlıq baxımından “Zirə”dəki qədər faydalı olmadın.

- Futbol belədir. Heç də həmişə uğurlu qrafikdə dayana bilmirsən. Hər bir futbolçunun karyerasında uğurlu və sakit dönəmlər olur. Ümid edirəm ki, ən yaxın zamanda əvvəlki Keytanı xatırldacağam.

- “Qarabağ”dan getdin, yoxsa göndərildin?

- Klubla müqaviləm davam edirdi. Getmək qərarını özüm verdim. Çünki daha çox oynamaq istəyirdim.

- Keçmişə boylananda səhv verdiyin nöqtəni müəyyən edə bilirsən?

- Səhv etdiyimi düşünümrəm. İnsan qərar verəndə səhv etmək barədə yox, yaxşı olması barədə fikirləşir. “Qarabağ”a keçidim özümə də xoş idi və komandaya fayda vermək istəyirdik. Bir mövsümdə 9-10 qol vurmaq pis göstərici sayıla bilməz. Sadəcə, daha yaxşısını istəyirdim deyə, Türkiyəyə yollandım.

- Peşman olana oxşamırsan.

- Geriyə qayıtmaq imkanım olsa, yeni eyni addımı atardım. Çünki “Zirə”dən ayrılandan sonra verdiyim qərarlar yaxşıya doğru olub. Ehtiyatda qalmağım, daha çox qol vura bilməməyim – bunlar futbolla bağlı olan məqamlardır. Bir şey də deyim.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 18:10 Çək və bizə göndər!
6 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Beş ŞAPALAQ - VİDEO