Kapitan “Neftçi”ni udmağın yolunu göstərdi, şübhəli epizoda şərh verdi

1 Sentyabr 20:00 Müsahibə 436
Kapitan “Neftçi”ni udmağın yolunu göstərdi, şübhəli epizoda şərh verdi

“Turan Tovuz”un legioneri Emanuel Hakman Sportinfo.az-a müsahibə verib.

Qanalı mərkəz müdafiəçisi “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbə haqda sualları cavablandırıb.

- “Neftçi”ni səfərdə məğlub edəcəyinizi təsəvvür edirdin?

- 3 xal qazandıq, lakin qələbə bizə heç də asan başa gəlmədi. Döyüşdük, əziyyət çəkdik, mübarizə apardıq. Ümumiyyətlə, “Neftçi”yə qarşı oynamaq həmişə çətindir. Bu gün əsl döyüşçü xarakteri göstərib istəyimizə çatdıq.

- Ötən həftə “Araz-Naxçıvan”a uduzmuşdunuz. “Neftçi”yə mümkün məğlubiyyət komandadakı vəziyyəti gərginləşdirə bilərdi. Psixoloji baxımdan bu matça köklənmək çətin deyildi ki?

- Futbolda hər cür nəticə mümkündür. Bütün matçları udacağıq deyə bir şey yoxdur. “Araz-Naxçıvan”a məğlub olduq və bu, keçmişdə qaldı. Əksinə, həmin yenilgi bizim üçün motivasiya idi. Səhvlərimizi gördük, təhlil etdik və onları mümkün qədər təkrarlamamağa çalışdıq. Keçmişlə yaşasaq heç nə edə bilmərik.

- “Neftçi”ni nədə üstələdiniz?

- Fikrimcı, biz daha yaxşı təşkilatlanmış görünürdük. Həm kollektiv şəkildə inamla müdafiə olunduq, həm də əks-hücumlarda təhlükə yaratmağı bacardıq. “Neftçi”də fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular cəmlənib. Lakin anlaşma sarıdan müəyyən problemlər görünür.

- 21-ci dəqiqədə Hayderson Hurtado ilə Bassala Sambunun cərimə meydançası daxilində ikili mübarizəsinə çox yaxın idin. Haydersonun hərəkəti “Neftçi” azarkeşləri və rəsmiləri tərəfindən penalti kimi qiymətləndirilir. Qayda pozuntusu var idi?

- Orada penaltidən söhbət gedə bilməzdi. Düz gzlərimin önündə idi. Hurtado kobudluq etmədən rəqibin zərbə vurmasının qarşısını aldı. “Neftçi” tərəfinin penalti istəməsi normaldır. Lakin qərar verən hakimdir. Qayda pozuntusu olsaydı, VAR baş hakimə siqnal ötürərdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...
1 Sentyabr 17:30 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
1 Sentyabr 02:40 "Turan”dan Toqoya dəvər