“Ferentsvaroş”un futbolçuları Kadiyə nə deyib?

23 Avqust 19:40 Müsahibə 862
“Ferentsvaroş”un futbolçuları Kadiyə nə deyib?

“Qarabağ”ın legioneri Kadi Borges Sportinfo.az-a müsahibə verib.

Braziliyalı yarımmüdafiəçi “Sumqayıt”a 0:1 hesablı məğlubiyyətdən sonra ortaya çıxan sualları cavablandırıb.

- “Ferentsvaroş”u səfərdə udan komandanın “Sumqayıt”a da eyni aqibəti yaşatmasına nə mane oldu?

- Ümumi götürsək pis oynamadıq. Oyuna nəzarət etdik, çox sayda qol imkanları yaratdıq. Sadəcə, qol vura bilmədik. “Sumqayıt” isə əlinə düşən fürsəti dəyərləndirdi. Macarıstanda epizodları dəyərləndirmişdik, bu gün bacarmadıq. Fərq budur. Futbol belədir.

- Qurban Qurbanov hədsiz əsəbi görünürdü...

- Xeyr, normal idi. Hər bir şəxs kimi, o da komandasının qalib gəlməsini arzulayır. Bu, baş verməyəndə, istər-istəməz əhvalı korlanır. Tək hocada yox, bütün kollektivdə belədir. Əsəbilik deməzdim, bu, məyusluqdur. Düzəltməli olduğumuz şeylər var.

- “Sumqayıt”ın bu cür startı, “İmişli”nin “Neftçi”dən xal alması – sanki çempionat ötən mövsümlə müqayisədə daha çətin keçəcək.

- Buna 100 faiz əmin ola bilərik. Klubların transfer çalışmalarına baxanda görünür ki, keyfiyyətli futbolçular cəlb ediblər. “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz” kimi rəqiblər də xeyli güclənib. Bu mövsüm həqiqətən çətin idi.

- “Ferentsvaroş”da oynadığını nəzərə alsaq, orada kifayət qədər futbolçu tanışının olması normaldır. Maraqlıdır, qazandığınız qələbədən sonra “Qarabağ” barədə nə deyirdilər?

- Müəyyən söhbətimiz oldu. Ancaq detalları deyə bilmərəm. Çünki aramızda olub, orada qalan söhbətdir (gülür). Ümumi planda təbrik etdilər, çox yaxşı komandaya sahib olduğumuzu dedilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 18:10 Çək və bizə göndər!
23 Avqust 08:30 "Neftçi" hara gedəcək?
23 Avqust 05:00 “Neftçi” ücün İslam