
“Yuventus” PSJ-nin qapıçısı Canluici Donnarumma ilə maraqlanır.
26 yaşlı qolkiper Paris klubunu bu yay tərk edə bilər, çünki tərəflər onun 2026-cı ildə başa çatacaq müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” rəhbərliyi Donnarummanın transferini müzakirə edib. Ancaq hələlik konkret təklif və ya razılaşma yoxdur.
Turinlilər hazırda qapı xəttində birinci seçim kimi yeni transfer Mikkele Di Qreqorionu görür və Donnarummanın gətirilməsi prioritet planlara daxil deyil.
Donnarumma əvvəllər “Milan”da çıxış etmiş, 2021-ci ildə isə azad agent kimi PSJ-yə keçmişdi.