"Sabah"ın forvardı: "İnanıram ki, bu uğuru qazanmağa nail olacağıq"

27 İyul 21:40 Müsahibə 160
"Sabah"ın forvardı: "İnanıram ki, bu uğuru qazanmağa nail olacağıq"

"Sabah" Konfrans Liqasına uğurla start verdi. "Tələbələr" Moldova səfərindən parlaq qələbə ilə qayıtmağı bacardı - 2:0.
"Petrokub"la görüşün ən yaxşılarından biri olan Pavol Safranko Sportinfo.az-a müsahibə verib.

- Moldova səfəri necə keçdi?

- Çətin oyun oldu. Fikrimcə, pis oynamadıq. Rəqibin yol verdiyi boşluqlardan lazımınca yararlandıq və vacib qələbə qazana bildik.

- Sanki hər şey qolsuz bərabərliyə doğru gedirdi. Bir anda meydanda nə dəyişdi ki, ardıcıl qollar vurdunuz?

- Sadəcə, sona kimi mübarizə apardıq. Son dəqiqələrə kimi qələbəyə inandıq və sonda buna nail olduq.

- Rəqib oyunun müəyyən bölümündə sizə çətinlik yarada bilirdi. Bütün oyuna nəzarət etməyə nə mane olurdu?

- Bu mərhələdə zəif rəqib olmur. Onlar da qalib gəlmək istəyirdilər və oyuna yaxşı hazıraşmışdılar. Üstəlik doğma meydanda çıxış edirdilər.

- Səfərdə qazanılan bu cür qələbə əla üstünlük sayıla bilər. Bu məqamın cavab görüşündə arxayınlıq yaratmasından qorxmursan?

- Bu mərhələyə çox yaxşı start verdik. İlk oyunda səfərdə qələbə yaxşı üstünlükdür. Amma komandada hamı yaxşı başa düşür ki, hər şeyə növbəti oyunda aydınlıq gələcək.

- Azarkeşlərin "Sabah"dan gözləntisi qrup mərhələsinə vəsiqə qazanmasıdır. Heç də asan olmayan bu uğuru əldə etməyə hazırsınız?

- Komanda olaraq avrokuboklarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edirik. İnanıram ki, buna nail ola biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 20:00 Çək və bizə göndər!