"Onun olduğu komandada yer almaq mənim üçün qururdur" - MÜSAHİBƏ

10 İyun 20:40 Müsahibə 548
"Onun olduğu komandada yer almaq mənim üçün qururdur" - MÜSAHİBƏ

Azərbaycan U-21 millisi yoxlama görüşündə Monteneqrodan olan həmyaşıdları ilə qolsuz bərabərə qalıb.

Matçdan sonra gənclər millimizin heyətində ən yaxşılardan olan Emil Süleymanov Sportinfo.az-a müsahibə verib.

- Qarşılaşma barədə düşüncələrin necədir?

- Çox yaxşı oyun göstərdik. Rəqib pis komanda deyildi. Mübariz oyun getdi. Hər iki tərəf qalib gəlmək istəyirdi.

- Bəs qələbə üçün nə çatmadı?

- Belarusla görüşə yaxşı başlamışdıq. Hesabda önə çıxan tərəf olduq. Amma üstünlüyü qoruya bilmədik. Bu gün isə düşünürəm ki, dəqiqlik çatmadı. Çünki yaxşı şanslarımız oldu.

- Artıq qarşıdan rəsmi oyunlar gəlir. Azarkeşlər nəyə ümid edə bilər?

- Azarkeşlər bizdən dəstəklərini əsirgəməsin. Qarşıdan Portuqaliya millisi ilə görüş gəlir. Çox çətin matç olacaq. Ciddi hazırlaşırıq. Əlimizdən gələnin artığını meydanda verəcəyik. Komanda olaraq ümidlərimiz böyükdür.

- Yeni mövsümdən "Şamaxı"da çıxış edəcəksən. Özünü Premyer Liqada oynamağa hazır hiss edirsən?

- Özümü Premyer Liqada oynamağa hazır hiss edirəm. İnşallah, yaxşı olar. Daha çox məşq edəcəm, üzərimdə çalışacam ki, özümü sübut edə bilim.

- Gənc futbolçu olaraq həm millidə, həm də klubda Ayxan Abbasovun sərəncamında olmaq sənin üçün üstünlük sayıla bilər?

- Ayxan müəllim çox yaxşı baş məşqçidir. Onun olduğu komandada yer almaq mənim üçün qururdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!