
"Sabah"ın üzvü Con Ley Mikels Sportinfo.az-a müsahibə verib.
O, ilk olaraq Azərbaycan kubokunun finalında "Qarabağ"ı məğlub etdikləri (3:2) qarşılaşmanı şərh edib.
- 120 dəqiqə döyüşdük. Qələbəyə inanırdıq. "Qarabağ" üzərində qələbəyə layiq olduğumuzu düşünürəm.
- Rəqib cəbhədə hakim qərarlarına sərt etirazlar vardı. Bunu necə qarşıladın?
- Mən oyunçuyam, işim meydanda mübarizə aparmaqdır. Hakimin istənilən qərarından şikayətçi olmayacam.
- Belə güclü rəqiblə dueldə geridə olduğunuz halda qalib gəlməyi necə bacardınız?
- Bunun üçün özünə inanmaq lazımdır. Biz də bunu etdik.
- Meydana daxil olandan sonra "Qarabağ"ın müdafiəçilərinə ciddi baş ağrı ola bildin. Qələbədə bu məqam həlledici saymaq olar?
- Əslində ümid edirdim ki, məşqçi məni daha tez meydana buraxacaq (gülür).
- Premyer Liqa oyunlarından fərqli olaraq bu gün dolu tribunalar önündə çıxış etdiniz. Nələr deyə bilərsən?
- Udanda hər şey gözəl görünür. Məğlub olsaydıq hamısı ikinci plana düşəcəkdi.
- Mətbuatda "Sabah"dan ayrılacağın yazılır. Gələcəyinlə bağlı qərar vermisən?
- "Real Madrid"dən zəng gözləyirəm (gülür). Təbii ki, zarafat edirəm. Hazırda hər hansı təklif yoxdur. "Sabah"la davam edəcəm.
XANOĞLAN İMANOV