ŞÜBHƏLİ DANIŞDI - Niyə bombardir ola bilmədi?

29 May 14:40 Müsahibə 776
ŞÜBHƏLİ DANIŞDI - Niyə bombardir ola bilmədi?

Premyer Liqada “Kəpəz”dən tanıdığımız Abdulla Şuaybu başa çatan mövsümü I Liqada keçirdi.

Yayda “Qəbələ” ilə anlaşan nigeriyalı hücumçu bölgə təmsilçisinin əsas “silah”ı hesab olunurdu.

Sonuncu turda “Qaradağ Lökbatan”la qarşılaşmada rəqib qapısına növbəti dəfə yol tapan Şuaybu olduqca məmnun görünürdü.

Yeniyetmələrin şəkil çəkdirmək istəyinə müsbət yanaşır, imza paylayırdı.

Afrikalı Sportinfo.az-ın suallarını cavablandırmaq təklifinə “yox” demədi.

- Çempionluq hislərini sözlə ifadə edə bilərsən?

- Çox-çox xoşbəxt olduğumuzu deyə bilərəm. Məqsədimiz Premyer Liqaya qayıtmaq idi ki, bunun öhdəsindən gəldik. Çəkdiyimiz əziyyətin boşa getməməsinə görə Allaha təşəkkür edirəm. İlk gündən klub rəhbərliyinin və azarkeşlərin dəstəyini hiss etməyimiz bizə çox kömək etdi. Sözümüzü bir yerə qoyaraq bir məqsəd uğrunda mübarizə apardıq. Bu da nəticəsi.

- Premyer Liqada oynamaq çətindir, yoxsa I Liqada?

- Hərəsinin özünə görə çətinlikləri var. Əlbəttə, hər bir futbolçunun arzusu Premyer Liqada oynamaqdır. Lakin aşağı dəstənin də özünə görə çətinlikləri var. Bəzi şeylərə öyrəşməlisən.

- “Kəpəz”dəki məhsuldarlığı “Qəbələ”də göstərə bilmədin. Azərbaycanda ilk ilini keçirən Domi Massumo bombardirlər siyahısında sən qarışıq hamını üstələdi.

- “Kəpəz”də yadınıza gəlirsə, hücumda oynayırdım və bütün ötürmələr mənə gəlirdi. “Qəbələ”də cinahda çıxış edirdim. Belə olanda qol sayının azalması normaldır.

- “Qəbələ”ylə müqavilənin müddəti başa çatır?

- Sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.

- Burada qalacaqsan?

- “Qəbələ”də özümü xoşbəxt hiss edirəm. Lakin gələcəkdə necə olacağını indidən deyə bilmərəm. Zaman göstərəcək.

- Premyer Liqa üçün darıxmısan?

- (gülür) Əlbəttə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti