İngiltərəli hücumçu: “Mənə elə gəlir ki, “Neftçi”yə güclənmək lazımdır”

15 May 20:00 Müsahibə 282
İngiltərəli hücumçu: “Mənə elə gəlir ki, “Neftçi”yə güclənmək lazımdır”

“Neftçi”nin hücumçusu Bassala Sambu Sportinfo.az-a müsahibə verib.

27 yaşlı ingiltərəli komandasının səfərdə “Turan Tovuz” üzərində qazandığı qələbədən sonra (2:1) sualları cavablandırıb.

- Bu matçda tribunalardan dəstək görməsəz də, qalib gəlməyi bacardız. Halbuki, azarkeşlərin möhtəşəm dəstəyi altında onları qələbəylə sevindirə bilmirdiz. Xüsusi səbəbi var?

- Sayları çox olmasa da, bir neçə nəfər gəlmişdi. Həm onlara, həm də bizi dəstəkləyən digər azarkeşlərimizə təşəkkür edirəm. Azarkeçlərimizin dəstəyi altında da vacib qələbələrimiz olub.

- Sanki fanatlar olmayanda təzyiq hiss etmirsiz, daha rahat oynayırsız.

- Bununla bağlı deyil. Azarkeş gəldi, yaxud gəlmədi, təzyiq və məsuliyyət hər zaman var. Burada söhbət komandanın oyununun alınmasından gedir. İstədiklərimizi edə biləndə, qələbə əlçatan olur. Lakin bir də baxırsan, heç nə alınmır. Əksinə, azarkeşlərin tribunada olmasından əlavə motivasiya alırıq.

- Zədə və cəza səbəbindən 10 futbolçu Tovuza gəlməmişdi. Bəlkə də onların olmaması qələbə qazanmağınıza kömək etdi.

- Komandadan danışırıqsa, heyətdə olan bütün futbolçulara ehtiyac var. Bəlkə də bu gün onlar oynamırdı. Lakin öncəki qələbələri məhz onlarla birlikdə əldə etmişilk. Düzünü desəm, bu gün həm də onlar üçün oynayırdıq. Çünki hər bir futbolçu “Neftçi” üçün dəyərlidir. Meydanda olmasalar da, dəstəklərini hiss edirdik.

- Ardıcıl iki mövsüm boşa verildi. Azarkeşlər növbəti mövsümdə “Neftçi”dən nə gözləsin?

- İnşallah, məqsədimiz qazanacağımız uğurlarla boşa verilən mövsümləri unutdurmaqdır. Yayda çox yaxşı hazırlıq keçməklə növbəti mövsümdə titullar uğrunda mübarizə aparacağıq.

- Bu heyətlə uğura çatmağın mümkünlüyünə inanırsan?

- Keyfiyyətli futbolçularımız var. Lakin mənə elə gəlir ki, güclənmək lazımdır. Bəlkə bu heyətlə də uğur qazanmaq mümkündür. Sadəcə öz gücümüzə inanmalı və çox yaxşı təlim-məşq toplanışı keçməliyik. İnşallah, güclü “Neftçi” ilə qayıdacağıq.

- Maraqlı həyat hekayən var. Əslən Seneqaldan olsan da, Almaniyada doğulmusan. Hazırda Böyük Britaniya vətəndaşısan.

- (gülür) Bəli, həyat hekayəm qəribəliklərlə və yeniliklərlə doludur. Valideynlərim Seneqaldan olsa da, Almaniyaya köç ediblər. Məntiqə uyğun olaraq mən də Almaniyada doğulmuşam. 7 yaşım olanda hansısa səbəblər üzündən Londona köçüblər.

- Futbolun sirlərinə də Londonda yiyələnməyə başlamısan.

- Bəli. Ancaq bu, 7 yaşımda yox, bir qədər gec baş verib. Normalda uşaqlar akademiyaya 7-8 yaşlarında yazılırlar. Mən isə 15 yaşımda üzv oldum.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!