"Böyük liqalarda özümü sınamaq istəyirəm"

16 May 22:20 Müsahibə 233
"Böyük liqalarda özümü sınamaq istəyirəm"

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.

Sportinfo.az-a müsahibə verən həmyerlimiz ilk öncə əldə olunan çempionluqla bağlı təəssüratlarını bizimlə bölüşüb.

- Çempion olmaqla il boyu çəkdiyimiz əziyyətin qarşılığını almaq möhtəşəm hisslərdir. İlk ilimdəcə mövsümü iki titulla başa vurdum. Təbii ki, bunun önəmi böyükdür. Daha da vacib olanı ölkəmizin bayrağı ilə orada olmaq və çempionluğu möhtəşəm şəkildə qeyd etmək idi.

- Qısa müddətdə belə uğurlu olmağının sirri nədir?

- Düzgün komanda seçimi və üzərimdə daha çox işləməyim.

- "Eqnetiya"da bundan sonrakı hədəfin nədir?

- Üzərimdə daha da çox çalışaraq böyük liqalarda özümü sınamaq istəyirəm. İnşallah, bu xəyalıma da çataram.

- Ölkə xaricində uğurlu legioner həyatı yaşayan azsaylı yerli futbolçulardansan. Bu məqam digər yerli uşaqların da ölkə xaricinə getmək istəyinə müsbət təsir edə bilərmi?

- Müsbət təsir edəcəksə nə xoş mənə. Ölkə xaricinə nə qədər çox azərbaycanlı getsə Azərbaycan futbolu üçün bir qədər faydalı olar. Həm də həmin oyunçular üçün böyük klublarda çıxış etmək şansları yaranar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi