COP29

Azərbaycanda bu hadisəni ilk dəfə yaşadı: “Ayaqlarımın donu hələ də açılmayıb”

17 Dekabr 2024 22:20 Müsahibə 736
Azərbaycanda bu hadisəni ilk dəfə yaşadı: “Ayaqlarımın donu hələ də açılmayıb”

“Şamaxı”nın qapıçısı Rikardo Fernandes Sportinfo.az-a müsahibə verib.

30 yaşlı portuqaliyalı legioner komandasının “Səbail”ə qolsuz bərabərə qaldığı matç haqda sualları cavablandırıb.

- İndiyə qədər qarlı və buzlu meydanda oynamışdın?

- Xeyr, bu, ilk təcrübəm idi.

- Təəssüratların necədir?

- Çox çətindir, çox. Zərbə anında topun mənə çatma sürətini müəyyənləşdirmək, çıxışlar zamanı ayağımın büdrəməsindən ehtiyatlanmaq və bir çox detallar ciddi çətinlik yaradırdı.

- Əvvəlki oyunlarla müqayisədə həyəcan yəqin ki, çox idi.

- Həyəcan deməzdim. Sadəcə, son dərəcə ehtiyatlı olmağa çalışırdım. Onsuz da oyundan əvvəl bu cür havada necə oynamaqla bağlı bacardığım qədər məlumat toplamağa çalışmışdım.

- Şaxtalı havada meydanda işsiz qalmaq da əlavə çətinlik yaradırdı? Çünki sahə oyunçuları qaçdığı halda, sən daha çox müəyyən ərazidə hərəkət etməli olurdun.

- Əlbəttə. Hava şaxtalıdır və donmamaq üçün hərəkət edirdim. Oyun başa çatıb, ayaqlarımın donu hələ də açılmayıb.

- 0:0-dan sonra əksər komanda yoldaşların məmnun görünürdü. Sanki nəticə sizi razı salıb.

- Bu şəraitdə 1 xal qazanmaq pis nəticə sayıla bilməz. Əlbəttə, qələbə əla olardı. Əsas odur ki, “Səbail”lə xal fərqini qoruyuruq. Bu gün komanda xarakter göstərdi, hər kəs meydanda canını qoydu.

- Əsas heyətin üç üzvü ilə yollar ayrılandan sonra komanda olaraq özünüzü necə hiss edirsiniz?

- “Turan Tovuz”la ağır səfər qarşılaşmasında son saniyə qoluna üzüldük. “Səbail”lə görüşdə 1 xal qazandıq. Bu, komandanın yaxşı vəziyyətdə olduğunu göstərir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti