COP29

“Neftçi”yə gəldi, ilk müsahibəni “Sportinfo”ya verdi, hər şeyi açıq danışdı

25 Noyabr 21:20 Müsahibə 2 668
“Neftçi”yə gəldi, ilk müsahibəni “Sportinfo”ya verdi, hər şeyi açıq danışdı

“Neftçi”nin “Zirə”ni məğlub etdiyi (2:1) oyundan sonra “ağ-qaralar”ın futbolçuları kifayət qədər sevincli görünürdü.

Elə bir neçə dəfə müsahibə verməkdən imtina edən Edvin Kuç da.

Lakiin bu dəfə Monteneqro millisinin də şəfərini qoruyan 31 yaşlı yarımmüdafiəçi Sportinfo.az-ın suallarını həvəslə cavablandırdı.

- Səhv etmirəmsə, Azərbaycanda ilk müsahibəndir.

- Elədir.

- Mətbuatdan uzaq gəzməyinin xüsusi səbəbi var?

- Uzaq gəzirəm deməzdim. Vəziyyət elədir ki, uğursuz nəticələrdən sonra deməyə söz tapmıram. Ancaq qalib gələndə əhvalım yüksəlir, danışmaq problem olmur. Yəqin ki, qismət bu günə imiş. Soruşun, cavablandırım.

- Oktyabr və noyabrın hərəsində bir qələbə qazanmısınız. Niyə ardıcıllıq yoxdur?

- Çox keyfiyyətli oyunçulara sahibik. Lakin komanda şəklində işlərimiz yaxşı getmirdi. Bəzi oyunlarda qələbə qazanmalı olduğumuz halda uduzmuşuq. Bəzən kiçik detallar mane olub. Əlhəmdülillah, bu dəfə istəyimizə çatdıq. Qış fasiləsinə qədər xallarımızın sayını maksimum artırmaq üçün əlimizdən gələni edəcəyik.

- Son 3 oyunda qələbə üzünə həsrət qalmağınıza baxmayaraq, “Zirə”ylə qarşılaşmada istəyinizə çatdınız. Vəziyyəti dəyişmək üçün nə etmişdiniz? Bu oyuna xüsusi hazırlıq nədən ibarət idi?

- Bu komandayla böyük işlər görmək olar. Önəmli olan öz gücümüzə inanmaq və ruhdan düşməməkdir. Millilərin oyunları ilə yaranmış fasilə komandaya müsbət təsir etdi. Oyuna hazırlaşdıq, müəyyən söhbətlərimiz oldu və ən əsası, məşqçilər heyətinin verdiyi tapşırıqları düzgün yerinə yetirdik. Döyüşdük, xarakter göstərdik, rəqibin boşluqlarından yararlandıq. İnşallah, belə davam edərik.

- Bu qalibiyyətdən sonra əsl “Neftçi”nin qayıtdığını demək olar?

- Buna ümid edirəm. Onsuz da klubda və komandada işləyən hər kəsin istəyi “Neftçi”nin əzəmətini qaytarmaqdır. “Neftçi”nin Azərbaycan futbolu və azarkeşlər üçün hansı məna kəsb etdiyini yaxşı bilirik. Önəmli olan bu şəkildə davam etməkdir. Bu qələbəyə görə qətiyyən arxayınlaşmaq olmaz. Turnir cədvəlindəki mövqeyimizə baxıb, istəyi və döyüşkənliyi bir az da artırmalıyıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti