COP29

"Neftçi”nin 2:0-ı qoruya bilməməsinin səbəbini portuqaliyalı dedi

11 Noyabr 19:40 Müsahibə 1 857
"Neftçi”nin 2:0-ı qoruya bilməməsinin səbəbini portuqaliyalı dedi

“Şamaxı”nın Bakı səfərində “Neftçi”dən 1 xal qoparmasında Rikardo Fernandeş vacib rol oynadı.

Portuqaliyalı qapıçı xüsusən ikinci yarıda “çərçivə”də kifayət qədər inamlı görünməklə alqış qazandı.

Sportinfo.az-a müsahibə verən Rikardo oyunla bağlı suallara aydınlıq gətirib.

- Heç-heçəyə görə təbrikləri qəbul edirsən, yoxsa?

- Sözsüz, əsas məqsədimiz matçı qələbə ilə başa vurmaqdır. Ancaq 5 dəqiqədə yaşananları nəzərə alsaq, 1 xal yaxşı nəticədir. Xarakter göstərib hesabı bərabərləşdirdik, ən vacibi, 2 qol vurandan sonra müdafiədə “oturmadıq”, zaman-zaman hücumlar edir, qələbə topunu vurmağa çalışırdıq. Bu xal bizə çox lazım idi.

- Bu 1 xal bürüncdür, gümüş, yoxsa qızıl?

- Qızıl, qızıl, mütləq qızıl. Yenə deyirəm hesabda 0:2 geridə olduğumuzu göz önünə gətirsək, yekun nəticənin bu cür olması hər birimizi sevindirir.

- Buraxılan 2 qoldan sonra nə düşünürdün? Sonluğu necə təsəvvür edirdin?

- Önəmli olan bir daha həmin səhvləri təkrarlamamaq idi. Əmin idim ki, səhvə yol verməsək, qol vurmaq baxımından problem olmayacaq. Çünki irəlidə kifayət qədər vaxtımız var idi.

- “Neftçi”yə 2 top vurmaq üçün nə etdiniz, nələri dəyişdiniz?

- Özümüzü hesabda geridə olan komandanın üzvləri kimi yox, heç nə olmamış kimi apardıq. Üzülmədik, həvəsdən düşmədik, əksinə, başımızı dik tutduq, gücümüzə inanaraq sona qədər mübarizə apardıq. İdman növlərində xarakter sahibi olmaq çox vacibdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!