COP29

“Məqsədimiz “Qarabağ”ı udmaq idi... O, nə deyirsə, hörmət etməyə məcburuq”

5 Noyabr 23:00 Müsahibə 3 298
“Məqsədimiz “Qarabağ”ı udmaq idi... O, nə deyirsə, hörmət etməyə məcburuq”

“Turan Tovuz”un legioneri Aleks Souza Sportinfo.az-a müsahibə verib.

“Qarabağ”la oyunda start heyətində yer alan braziliyalı forvard ötən həftə qolsuz bərabərliklə başa çatan görüşlə bağlı sualları cavablandırıb.

- 1 xaldan məmnunsan, yoxsa 3 xal qazana bilmədiyinizə görə məyusluq yaşayırsan?

- Gizlətmirəm, məqsədimiz “Qarabağ”ı udmaq idi. Ancaq rəqibin gücünü və təcrübəsini nəzərə alsaq, heç-heçəni də pis nəticə saymaq olmaz. Əsas odur turnir cədvəlində yerimizi qoruyuruq. Öz adımdan deyim ki, 1 xala görə məmnunam.

- Premyer Liqa matçlarında səni daha çox ehtiyatda görməyə alışsaq da, “Qarabağ”la qarşılaşmada “11-lik”də yer almışdın. Bu, sənin üçün nə demək idi?

- Baş məşqçinin qərarı qanundur. O, nə deyirsə, hörmət etməyə məcburuq. Hə, ola bilər hər dəfə start heyətində olmuram, ancaq bir neçə matçda mənə ilk dəqiqələrdən şans verib. Mən bura “Turan Tovuz”a kömək etmək üçün gəlmişəm. Oyuna ehtiyatdan qoşuldum, yaxud ilk dəqiqələrdən – fərq etmir. Vacib olan kluba fayda verməkdir ki, bunun üçün çalışıram. Peşəkaram, “niyə mən ehtiyatda qaldım, başqası oynadı” fikrini ağlımdan keçirmirəm.

- Nə dedilər sənə?

- Yaxşı oynadığımıza, sona qədər mübarizə apardığımıza görə təbrik etdilər. “Turan Tovuz”un yaxşı komanda olduğunu, bu atmosferdə oynamağın xoş olduğunu bildirdilər. Ümumi matç barədə söhbət etdik, başqa heç nə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!