COP29

Sualı eşitdi, fikrə getdi: “Mən buna səbəb göstərməkdə çətinlik çəkirəm”

23 Oktyabr 21:20 Müsahibə 610
Sualı eşitdi, fikrə getdi: “Mən buna səbəb göstərməkdə çətinlik çəkirəm”

Birinci dövrənin sonuncu oyununda “Turan Tovuz”a məğlub olan “Zirə” bu dəfə az qala “Sabah” önündə biabır olacaqdı.

Qəsəbə təmsilçisi “Sabah”la doğma meydanda üz-üzə gəldiyi qarşılaşmada yenilgidən son anda qurtuldu – 1:1.

90 dəqiqə meydanda olan müdafiəçi Məqsəd İsayev Sportinfo.az-a müsahibə verib.

- Məğlubiyyətdən son saniyələrdə qurtulduğunuzu nəzərə alsaq, qazandığınız 1 xalı 3 xala bərabər saymaq olar?

- Belə deməzdim. Reallaşdıra bilmədiyimiz qol imkanlarını nəzərə alsaq, fikrimcə, oyunun ədalətli nəticəsi elə heç-heçə idi.

- Niyə bu qədər əziyyət çəkdiniz? Oyununuz alınmırdı, yoxsa rəqib imkan vermirdi?

- Rəqib bizi yaxşı təhlil etmişdi. Ona görə də əsas diqqəti müdafiəyə ayırıb, əks-hücumlarda oynayırdılar. Bu da onlarda yaxşı alınırdı. Çünki bu plan üzrə işləmişdilər.

- İddialılar arasında (ilk “5”likdə) ən çox məğlub olan sizsiz. Səbəbi nədər görürsən?

- Səbəb göstərməkdə çətinlik çəkirəm. Bəlkə də mövsümün əvvəli olduğuna görədir. Bəlkə də yayda avrokuboklarda iştirak etməyimizin nəticəsidir. Dəqiq nəsə demək çətindir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi