COP29

“Neftçi”nin legioneri uğursuzluğun səbəbini gizlətmədi: “Özüm özümə əsəbləşirəm”

19 Sentyabr 20:00 Müsahibə 1 708
“Neftçi”nin legioneri uğursuzluğun səbəbini gizlətmədi: “Özüm özümə əsəbləşirəm”

Mövsümə uğursuz başlayan “Neftçi” növbəti məğlubiyyətini aldı.

“Ağ-qaralar” “Zirə” ilə matçda 0:2 hesabı ilə uduzmaqla işini çətinə saldı.

Oyun başa çatandan sonra futbolçuların əhvalı yerində deyildi. O cümlədən yeni transfer Mustafa Sekin.

Sneqall müdafiəçiıSportinfo.az-ın suallarını cavablandırdı.

- Niyə məğlub oldunuz?

- Daha çox çalışmalı, daha çox istəkli olmalı və ən vacibi aqressivliyi artırmalıyıq. Yaxşı komandaya sahibik. Buraxdığımız səhvlərdən nəticə çıxarmaqla daha yaxşı şeylər edə bilərik.

- İş burasındadır ki, oyun planında rəqiblərə uduzursunuz. Yaxşı oynamağınıza nə mane olur?

- Bu, sırf psixoloji amillə bağlıdır. Qələbə qazana bilməməyimiz hər ötən gün üzərimizdə əlavə təzyiq yaradır. Təzyiq olduğu təqdirdə istədiyin oyunu göstərmək çətinləşir. Qələbə olanda növbəti matçda daha rahat olursan və meydanda istədiyini edə bilirsən.

- Öz oyunun barədə nə deyə bilərsən? Bəzi epizodlardan sonra hirslənirdin sanki.

- Bura “Neftçi”yə kömək etmək üçün gəlmişəm. Lakin bu gün oyunum istədiyim kimi alınmırdı. Belə olduğu halda özüm özümə əsəbləşirəm. Mənim oyunum alınmırsa, bu, o deməkdir ki, komanda hansısa cəhətdən axsayır. Bu, tək mənə yox, digər futbolçulara da aiddir. Çünki yaxşı nəticə qazanmaq üçün meydandakı 11 nəfərin hamısı özünü yaxşı tərəfdən göstərməlidir. Kimdəsə nəsə alınmırsa, bundan komanda ziyan görür.

- “Neftçi”yə avqustun sonlarında qoşulduğunu nəzərə alsaq, komandaya uyğunlaşma prosesi necə keçir?

- Hər şey çox yaxşıdır. İstər Azərbaycana, istərsə də “Neftçi”yə öyrəşməyim sürətli şəkildə davam edir. Bu işdə mənə komanda yoldaşlarım və klubda çalışanlar çox kömək edirlər. Hər birinə təşəkkür edirəm. Qələbələr qazanmağa başlasaq, hər şey əla olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik