"Biz də futbolçuyuq, meydana çıxıb gəzmək fikrimiz yoxdur" - MÜSAHİBƏ

16 Sentyabr 2024 19:00 Müsahibə 1 172
"Biz də futbolçuyuq, meydana çıxıb gəzmək fikrimiz yoxdur" - MÜSAHİBƏ

"Səbail"in yarımmüdafiəçisi Fərid Nəbiyev Premyer Liqanın 6-cı turunda "Qarabağ"a məğlub olduqları (1:2) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- İlk olaraq oyunu necə şərh edərdin?

- Çox gərgin və maraqlı oyun keçdi. Belə oyunlarda bu qədər qol şansına yaxalamaq asan deyil. Amma biz yetəri qədər qol fürsəti əldə etdik. Amma təəssüf ki, istifadə edə bilmədik.

- Həqiqətən, məğlubiyyətə rəğmən pis təsir bağışlanmadınız. Son çempionla səfər meydanında belə inamlı görünməyi necə bacardınız?

- Əlbəttə, "Qarabağ" böyük komandadır. Onlara qarşı oynamaq asan deyil. Lakin biz də futbolçuyuq. Meydana çıxıb gəzmək fikrimiz yoxdur. Əlimizdən gələn qədər çalışdıq ki, layiqli mübarizə aparaq.

- Qaçırdığınız qol şanslarını nəzərə alsaq, məğlubiyyəti ədalətsiz nəticə sayırsan?

- Hər iki tərəfin qol şansları oldu. Təəssüf ki, biz dəyərləndirə bilmədik, amma rəqib əlinə düşən fürsətləri qola çevirdi.

- Komandanın yeganə qolunu vurdun. "Qarabağ" kimi rəqiblə oyunda fərqlənmək necə hisdir?

- Qol vurmaq hər oyunçu üçün əlavə motivasiyadır. Ancaq qol vurub uduzmaqdansa, kaş qol vurmayıb udardıq. Artıq bu görüşü unudub, qarşıdakı oyunlara hazırlamalıyıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi