COP29

"Boynumda ağrı olduğu üçün 3 iynə vurduraraq meydana çıxdım" - Braziliyalı MÜSAHİB

13 Sentyabr 17:20 Müsahibə 581
"Boynumda ağrı olduğu üçün 3 iynə vurduraraq meydana çıxdım" - Braziliyalı MÜSAHİB

"Araz Naxçıvan"ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos Premyer Liqanın 5-ci turunda "Sumqayıt"ı məğlub etdikləri matç haqda Sportinfo.az-a müsahibə verib.

- Sumqayıt səfəri barədə nələr deyə bilərsən?

- “Sumqayıt”la oyun çətin keçdi. Mənim üçün xüsusilə ağır keçdi. Boynumda ağrı olduğu üçün 3 iynə vurduraraq meydana çıxdım. Hər şey yaxşı keçdi və komandama kömək edə bildim. Çox yaxşı oynadıq, yaxşı şanslar yaratdıq. Fikrimcə, verilməyən 2 penaltini əldən buraxdıq. Komanda inkişaf edir və mən bu ailənin bir hissəsi olduğum üçün xoşbəxtəm .

- Qolu Miço vurdu, amma qol qədər önəmli asist etdin. Özünü matçın qəhrəmanı hesab edirsən?

- Komandaya kömək etdiyim üçün şadam. Bu, həqiqətən də böyük kömək idi. Hər gün oyunçular bir-birini tanıyır və növbəti oyunlarda daha da yaxşı olacağımıza inanıram. Xeyr, bu komandanın qələbəsidir.

- Ardıcıl 3 matçda meydanı məğlub olmadan tərk edirsiniz. "Araz-Naxçıvan"da işlərin tam yoluna düşdüyün demək olar?

- Çox zəif başladığımız ilk oyundan başqa, bu oyunlar göstərir ki, bizim yaxşı komandamız, yaxşı heyətimiz var və hər məşqdə, hər oyunda daha da inkişaf edəcəyik. Bu mövsüm çox aydın hədəfimiz var. Buna nail olmaq üçün hər şey edəcəyik. Ümid edirik ki, indiki müsbət nəticələr mümkün qədər uzun müddət davam edəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti