"Bu, böyük problemdir, zəhmət olmasa, bizə vaxt verin" - MÜSAHİBƏ

22 Avqust 2024 22:20 Müsahibə 1 811
"Bu, böyük problemdir, zəhmət olmasa, bizə vaxt verin" - MÜSAHİBƏ

"Kəpəz" Premyer Liqanın 3-cü turunda "Turan Tovuz"a 0:3 hesabıyla məğlub oldu.

Gəncə təmsilçisinin belaruslu kapitanı Yeqor Xvalko qərb derbisində qeydə alınan yenilgi ilə bağlı Sportinfo.az-a müsahibə verib.

- Ardıcıl üçüncü oyundakı məğlubiyyəti necə şərh edərdin?

- Danışmaq çətindir. Məşqçinin təklif etdiyi oyunu hələ tapa bilməmişik.

- Bunun üçün nə qədər zaman lazımdır?

- Artıq bu oyunda baş məşqçimizin bizdən istədiyi oyunun seqmentləri var idi. Bir qədər zamana ehtiyac var.

- Sonra toparlanmaq gec olmayacaq?

- Bilirsiniz, hər oyun daha yaxşı olmaq üçün bir səbəbdir. Mən istəyirəm ki, səhvlərimizdən dərs çıxaraq.

- Qələbə əldə etmək və ya xal qazanmaq bir kənara, komanda qol vura bilmir...

- Bu, əlbəttə böyük problemdir. Amma məşqçilər korpusu təkcə hücumda deyil, həm də müdafiədə oyunumuzu yaxşılaşdırmağa çalışır. Zəhmət olmasa, bizə vaxt verin

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...