COP29

GERİ QAYITDI: "Bu qərarıma görə peşman deyiləm"- MÜSAHİBƏ

27 İyul 19:00 Müsahibə 2 442
GERİ QAYITDI: "Bu qərarıma görə peşman deyiləm"- MÜSAHİBƏ

"Şamaxı"nın gürcüstanlı legioneri Georgi Kantariya Sportinfo.az-a müsahibə verib.

Yarımmüdafiəçi ikinci dəfə Azərbaycana qayıdışı və Premyer Liqadakı hədəflərindən söhbət açıb.

- Azərbaycana qayıdış necə oldu?

- Baş məşqçimizdən təklif gəldi. Mən də onunla işləməyə isti yanaşdım. Açığı, Azərbaycana qayıtmağı özüm də istəyirdim. Ayxan müəllimin işinə daha əvvəldən yaxşı bələd idim. Birgə işləmək mənə maraqlı gəldi. Göstərdiyi etimada görə ona təşəkkür edirəm.

- Livanda çempion oldunuz, amma autsayder komandaya keçdiniz. Qərar vermək çətin olmadı?

- Çox düşünmədim. Qısa müddətdə hər şeyi razılaşdırdıq. Bu qərarıma görə peşman deyiləm. Burada olmaqdan xoşbəxtəm.

- Artıq 2 həftədir komandaya qoşulmusan. Hazırlıq necədir?

- Çempionata hazır olmaq üçün maksimum dərəcədə hazırlaşırıq. Məqsədimiz azarkeşləri yaxşı nəticələrlə sevindirməkdir.

- Düzdür, daha əvvəldə ölkəmizdə çıxış etmisən. Amma bu dəfə fərqli komandaya qayıtdın. Adaptasiya prosesini arxada qoya bilmisənmi?

- Bəli, ilk gəlişimdə "Kəpəz"də forma geyinmişdim. Lakin burada da hər şey ürəyimcədir. Çox mehriban komandamız var. Ona görə uyğunlaşmaq elə də çətin olmadı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!