COP29

“Yaz, hələ ki, sağdır, Allah yetirir, yeyirəm” – İniltili səslə 4 dəqiqəlik söhbət

12 İyun 19:40 Müsahibə 1 519
“Yaz, hələ ki, sağdır, Allah yetirir, yeyirəm” – İniltili səslə 4 dəqiqəlik söhbət

Xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən Vadim Vasilyev Sportinfo.az-a müsahibə verib.

Azərbaycan millisi, “Neftçi”, “Qarabağ”, “Bakı” kimi komandaların şərəfini qorumuş sabiq hücumçu müalicəsi və hazırkı vəziyyəti ilə bağlı danışıb.

- Necə hiss edirsən özünü?

- Belə də, normal.

- Əvvəlki danışığımızda analizlər verəcəyini, müalicə olunacağını demişdin. İrəliləyiş var?

- Hər səhər fizioterapiyaya gedib-gəlirəm. Dedilər, ayın axırına kimi dərmanları içməliyəm. Sonra təkrar müayinə olacaq. Müalicənin bir hissəsi qurtarmalıdır ki, yenə həkimə gedim.

- Sol tərəfin işləyir?

- Ayaqlarım yaxşıdır, hərəkət edirəm. Sol qolumda və çiynimdə narahatlıq var. O da müalicə ilə tam keçməlidir. Əvvəl işləməyən əzələlərim var idi, indi onlar işləyir. Bəzən əzələlərim yüklənəndə ağrı verir. Ümumi götürsək, yaxşıyam. Yaxşı ki, ürək, böyrək, ciyər ağrıları yoxdur.

- Rahat gəzə bilirsən?

- Hə-hə, bayıra çıxıram, dəniz qırağında qumun üstündə gəzirəm. Düzdür, tək çıxmıram, yanımda adam olur.

- Nə yeyirsən, nə içirsən? Kömək edən var?

- Nə bilim, ordan-burdan. Allah yetirir, yeyirəm.

- Futbol sahəsindəki dostların yardım edir, yoxsa?

- Yox, başqa dostlarım.

- Allahın köməyin olsun. Özünü qoru. Yazım ki, Vadim Vasilyev sağ-salamatdır, müalicəsini davam etdirir.

- Yaz, hələ ki, sağdır (gülür).

- Spirtli içki qəbul eləmirsən?

- Yox e. Olmaz mənə, olmaz.

- Bəs siqaret?

- Siqaret çəkmirdim ki, onsuz da.

- Özünü qoru, Vadim. Həyat gözəldir.

- Çalışıram, əzizim. Görək də, yaxşı olar.

4 dəqiqəlik telefon söhbətində Vadimin iniltili səsini eşitmək ikili fikir yaratdı. Ya yenə spirtli içkinin təsiri altındaydı, ya da sağlamlığı rahat danışmağına imkan vermirdi.

Təki ikinci ehtimal olsun.

Gəncliyimizin kumiri, saçlı, cüssəli oğlan, məşhur “10 nömrə”, Allah şəfanı versin!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?