COP29

“Pik formada olanda özümü “Qarabağ”da görürəm” – MÜSAHİB

4 İyun 21:20 Müsahibə 5 492
“Pik formada olanda özümü “Qarabağ”da görürəm” – MÜSAHİB

“Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə Sportinfo.az-a müsahibə verib.

“Qarabağ”a məxsus olan, icarə əsasında zirəlilərin formasını geyinən 23 yaşlı futbolçu bir sıra sualları cavablandırıb.

- “Qarabağ”a finalda uduzmaq pis təsir edir, yoxsa bu cür rəqibə qarşı layiqli mübarizə apardığınız üçün başınızı dik tutursunuz?

- Bəli, “Qarabağ” çox güclü komandadır. Xüsusən cari mövsümdə inanılmaz dərəcədə güclü görünürlər. Avrokuboklarda hansı rəqiblərə qarşı hansı nəticələrə imza atdıqlarını və necə oynadıqlarını gördünüz. Amma biz bu gün meydana qalib gəlmək üçün çıxmışdıq. Kuboku qazanmaq üçün çox çalışsaq da, alınmadı.

- Nə çatmadı?

- Fikrimcə, hər şey yaxşı gedirdi. Nəzərdə tutduğumuz plan üzrə hərəkət edirdik. Əlimizə düşən 2-3 imkan var idi ki, onları dəyərləndirməliydik. Belə oyunlarda hər imkandan maksimum istifadə etməlisən.

- “Zirə”də özünü necə hiss edirsən?

- Hər şey əladır. Narazılıq edə biləcəyim səbəb görmürəm.

- “Qarabağ”a qayıtmaq məsələsi müzakirə olunur?

- Bu barədə indi nəsə demək çətindir. Qərar vermək üçün vaxtımız var.

- Özünü indiki “Qarabağ”da görürsən? Qayıtsan, oynamaq şansın nə qədərdir, səncə?

- Bu suala tam cavab vermək olmur. Belə deyim, ideal forma yığdığım və sabit oynadığım vaxtlarda, bəli, özümü “Qarabağ”da təsəvvür edirəm. Elə ki, zədələnirəm, uzun müddət kənarda qalıram, artıq bu barədə düşünməyin mənası qalmır. Belə deyim, pik formada olanda özümü “Qarabağ”da görürəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?