COP29

Azərbaycanda əla mövsüm keçirdi, burada gördüklərinə heyran qaldı

29 May 16:40 Müsahibə 950
Azərbaycanda əla mövsüm keçirdi, burada gördüklərinə heyran qaldı

“Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriges Sportinfo.az-a müsahibə verib.

- “Qəbələ”ylə vacib oyundakı qələbədən sonra ardıcıl 4-cü matçda 3 xal üzünə həsrət qaldınız. Elitadakı yerinizi təmin edəndən sonra köklənmək çətin idi?

- Belə deməzdim. Yeganə səbəb itkilərlə bağlı idi. Son 3 oyunun hamısında meydana 5-6 futbolçumuz olmadan çıxmışıq. Bizim kimi komandalar üçün, bu, böyük zərbədir. Əlbəttə, derbidə qalib gəlmək istəyirdik və bunun üçün çox çalışdıq. Sonluq istədiyimiz kimi olmasa da, əsas tapşırığın – Premyer Liqada qalmağın öhdəsindən gəldiyimiz üçün şadıq.

- Mövsümü komandan üçün 5 ballıq şkala ilə hansı rəqəmlə qiymətləndirirsən?

- Çəkdiyimiz çətinlikləri hamı gördü. Birinci dövrəni çıxsaq, üç dövrə bütün oyunları səfərdə oynadıq. Hətta ev sahibi qismində rəqiblərimizi başqa şəhərlərdə qəbul edirdik. Yollarda qalırdıq, hər dəfə bir stadionda məşq edirdik, oynayırdıq. Bu, bizə böyük çətinliklər yaratdı. Problemləri nəzərə alsaq, əla mövsüm keçirdiyimizi deməliyəm.

- “Kəpəz”də özünü necə hiss edirsən?

- İlk gündən məni çox xoş qarşıladılar. Artıq bir həftədən sonra özümü burada illərdir oynayırammış kimi hiss edirdim. Azarkeşlərin dəstəyini və sevgisini də qeyd edə bilmərəm. Gizlətmirəm, “Kəpəz”dən həddindən artıq xoşbəxtəm.

- Qalırsan, yoxsa gedirsən?

- Evə gedirəm. İstirahət etməliyəm axı (gülür).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"