COP29

"Nə etdiyimi özüm də bilmirəm, açığı” – “Sabah”ın prezidenti ilə MÜSAHİBƏ

26 May 12:20 Müsahibə 1 976
"Nə etdiyimi özüm də bilmirəm, açığı” – “Sabah”ın prezidenti ilə MÜSAHİBƏ

“Neftçi” üzərində qələbədən sonra “Sabah” rəsmilərinin sevincini görməyə dəyərdi.

Rəhbər, işçi, futbolçu – hamı bir-birinə qarışmışdı.

Avrokuboklara vəsiqə sevincini hərə bir cür paylaşırdı. Klubun prezidenti Maqsud Adıgözəlov da yerə-göyə sığmayanların arasındaydı.

Rəhbər şəxs müsahibə verməkdən imtina etsə də, Sportinfo.az-a danışmağa razılıq verdi.

- Hislərinizi bölüşə bilərsiniz?

- Sözlə ifadə edə bilmirəm. Mənə baxmaqla hansı hislər keçirdiyimi müəyyənləşdirə bilərsiniz.

- “Sabah” qol vuran anda nə etdiniz?

- Həmin an yadımda deyil. Nə etdiyimi özüm də bilmirəm, açığı.

- Oyundan əvvəl qələbə qazanacağınıza inanırdınız?

- Əlbəttə. Biz bura udmağa gəlmişdik.

- Nəyin sayəsində qalib gəldiniz?

- Əzmkarlığın. Biz bu gün sözün əsl mənasında vuruşduq. Qələbəni daha çox istədik və əldə etdik.

- “Neftçi”nin vəziyyətinə ürəyiniz ağrıyır?

- Bizim ürəyimiz “Qəbələ”yə və digərlərinə görə ağrıya bilər. Amma biz bu gün nə olur-olsun udmalıydıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"