COP29

Niyə özlərini BİABIR ETDİLƏR? - Konkret səbəblər göstərdi

23 May 19:40 Müsahibə 636
Niyə özlərini BİABIR ETDİLƏR? - Konkret səbəblər göstərdi

“Qəbələ”nin yarımmüdafiəçisi Ahmed Ayzaya Sportinfo.az-a müsahibə verib.

Nigeriyalı legioner komandasının “Araz-Naxçıvan” üzərində qazandığı 2:0 hesablı qələbə haqda sualları cavablandırıb.

- Premyer Liqa ilə vidalaşacağınız məlum olandan sonra ardıcıl üçüncü qələbəni qazandınız. Nə baş verir?

- Onsuz da bütün oyunlara qalibiyyət üçün çıxırıq. Sadəcə, əvvəl qol imkanlarını boşa verirdik, indi işlər istədiyimiz kimi gedir. Peşəkar futbolçularıq, sona qədər mübarizə aparmalıyıq. Elita ilə vidalaşmağımız o demək deyil ki, həmişə məğlub olacağıq.

- Bunu niyə vaxtında etmirdiniz?

- Ayrı-ayrı oyunlarda itkilərimiz olurdu. Qırmızı vərəqələr, cəzalar. Özüm mövsüm ərzində üç dəfə zədələndim, çox oyunlarda kömək edə bilmədim. Şəxsi fikrimi bilmək istəyirsinizsə, heyətdəki itkilər, azlıqda qalmağımız və qol imkanlarını boşa verməyimiz bu vəziyyətə çatdırdı.

- Komanda Premyer Liqa ilə vidalaşıb. Son matçlarda motivasiyanı hardan alırsınız?

- Motivasiya hər zaman olub. “Neftçi” və “Səbail”lə Qəbələdəki, “Araz-Naxçıvan”la Bakıdakı oyunlarımızı yada salın. Hamısında qalib gəlməliydik, lakin bacarmadıq. Halbuki rəqiblərdən üstün futbol oynamışdıq. Bəlkə də indi rahat olmağımız qələbə qazanmağımızı asanlaşdırır. Əvvəlki oyunlarda özümüz özümüzdə təzyiq yaradırdıq.

- Kaxaber Tsxadadze nələri dəyişib?

- Hər məşqçinin öz futbol fəlsəfəsi var. Yeni baş məşqçi gələndən sonra sistem dəyişib, üç mərkəz müdafiəçisi ilə oynayırıq, qısa ötürmələrə üstünlük veririk. Yəqin ki, bunu siz də görürsünüz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti