COP29

Rəhbərlə MÜSAHİBƏ: “Danışıqların məxfi şəkildə aparılmasına dair razılığa gəlmişik”

24 Aprel 21:00 Müsahibə 907
Rəhbərlə MÜSAHİBƏ: “Danışıqların məxfi şəkildə aparılmasına dair razılığa gəlmişik”

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Sportinfo.az-a müsahibə verib.

O, sponsor şirkətlə aparılan danışıqlar prosesi, komandanın yay planları, “sarı-göylər”in növbəti mövsümdə ev oyunlarını hansı stadionda keçirəcəyi ilə bağlı sualları cavablandırıb.

- Bu dəqiqə hər kəsi maraqlandıran sual “F-Holding”lə aparılan məxfi danışıqların hansı sürətlə davam etməsi və hara qədər çatmasıdır.

- Aramızdakı görüşdə danışıqların məxfi şəkildə aparılmasına dair razılığa gəlmişik. Danışıqlar hələ də davam edir. Yekunlaşan kimi bu barədə ətraflı məlumat verəcəyik.

- Danışıqların yekunlaşmasna mane olan nədir?

- Heç bir maneəçilik yoxdur, normal qayadada davam edir. Tək “F-Holding” deyil, başqa şirkətlər də ola bilər. Həmişə qeyd edirik ki, kluba sponsorluq etmək istəyən istənilən iş adamı və ya holdinqlə danışıq aparmağa hazırıq.

- Bu mövsüm stadion probleminə görə yollarda qaldınız. Növbəti il necə olacaq?

- Ötən mövsüm ev oyunlarına Gəncədə başlamışdıq və bu cür davam edəcəyini düşünürdük. Çempionatın startından sonra stadionda yenidənqurmaq işlərinin aparılacağını öyrəndik. Məhz bu səbəbdən stadion problemi yarandı. Növbəti mövsümdə Gəncədə oynaya bilməyəcəyimizdən indidən xəbərdarıq. Bunun üçün işimizi ehtiyatlı tutmağa çalışırıq. Cənab Prezident İlham Əliyevin təməlqoyma prosesində şəxsən iştirak etdiyi Gəncə şəhər stadionunun müasir standartlara cavab verəcəyini və Azərbaycan futbolu ilə “Kəpəz”in işinə yarayacağını deməliyəm. Gözəl günləri görmək üçün müəyyən vaxt çətinliyə qatlaşmaq olar.

- Komanda sayı artırılsa, yəni “Qəbələ” elitada qalsa, “Turan Tovuz” rəhbərliyi müraciətinizə müsbət yanaşmasa necə olacaq? Bu mövzuda B planınız var?

- Çətin sualdır, dəqiq cavab vermək olmur. Komandanın ev oyunlarını keçirməsi üçün mütləq stadion olmalıdır. Dediyiniz kimi olsa, o zaman bütün klublara müraciət edəcəyik.

- Təbii ki, mövsümün sonunda heyətlə bağlı müəyyən dəyişikliklər olacaq. Baş məşqçi Adil Şükürovun bununla bağlı indidən hansısa istəyi, xahişi var?

- Bu, baş məşqçinin ixtiyarında olan məsələdir. Nə deyəcək, nə istəyəcəksə, onu həyata keçirməyə çalışacağıq.

- Çalışmalara başlamamısınız?

- Baş məşqçinin müəyyən planları var. İlk növbədə mövsümü başa vurmalıyıq və “Kəpəz”in Premyer Liqadakı yerini qoruması rəsmiləşməlidir. Bu məqamda sponsor məsələsi də çox önəmlidir. Yeni mövsüm üçün sponsorla anlaşacağımız təqdirdə heyət tamamilə fərqli olacaq. Futbolçularımızın böyük əksəriyyətinin klubla müqavilə müddəti yayda başa çatır. Komandanın uğurlu çıxış etməsi üçün futbolçular əllərindən gələnin ən yaxşısını etməyi bacardılar. Vəziyyətin bu cür olması “Kəpəz”ə əlav çətinliklər yarada bilər. Çünki həmin futbolçular həm də başqa klubların maraq dairəsinə düşür. Mövsümə sponsorla başlasaq, bu, bizə çox böyük dəstək olacaq.

- Komanda Premyer Liqadakı yerini qoruduğunu rəsmiləşdirən gün üçün vəsait ayırmısınız?

- Nə mənada?

- Futbolçulara əlavə mükafat vermək üçün.

- Açığı, belə bir plan nəzərdə tutulmayıb. Bildiyiniz kimi, mövsümün əvvəlindən bu günə qədər məhdud büdcə ilə addım atmışıq. Məşqçi və futbolçu heyəti hansı çətinliklər yaşadığımızı və çətinliklərə baxmayaraq, hansı addımlar atdığımızı görüb. Elə qələbələr olub ki, nəzərdə tutulandan 3 qat artıq mükafat vermişik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti