Azərbaycanda çıxış edən əcnəbi forvarddan iddialı açıqlamalar!

23 Aprel 23:00 Müsahibə 535
Azərbaycanda çıxış edən əcnəbi forvarddan iddialı açıqlamalar!

"Sumqayıt"ın estoniyalı hücumçusu Erik Sorqa Premyer Liqanın 31-ci turunda "Turan Tovuz"a qalib gəldikləri (4:1) matç haqda Sportinfo.az-a müsahibə verib.

- Startda rəqibin meydanda, azarkeşlərin isə tribunada böyük təzyiqi vardı. Bunu necə arxada qoya bildiniz?

- Belə təzyiq altında ilk dəfə oynamıram. Ona görə də mənim üçün fərqi yoxdur. Komanda üçün əsas olan bu qarşılaşmada rəqib nə qədər mane olsa da , qələbə qazana bilməyimizdir. Azarkeşlərin də təzyiqi rəqibə kömək etmədi.

- Tovuz səfəri hər zaman ağır səfər hesab olunur. Oyundan əvvəl bərabərlik təklif olunsaydı, razılaşardız?

- Bərabərlik üçün bu qədər saat yol getməyin mənası yoxdur. Oraya yalnız qələbə qazanmaq məqsədi ilə getmişdik.

- 4:1 hesabı sizi də təəccübləndirdimi?

- Şadam ki, şanslarımızı qola çevirə bildik. Əvvəlki matçlarda bu, mümkün olmurdu.

- "Sumqayıt" avrokubokların astanasındadır. Son 5 tur üçün şanslarınızı necə dəyərləndirirsən?

- Əgər “Turan”a qarşı oynadığımız kimi davam edə bilsək, bizi yaxşı şeylər gözləyir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti