"Azərbaycanda məğlub edə bilməyəcəyimiz komanda yoxdur"

20 Aprel 22:20 Müsahibə 3 850
"Azərbaycanda məğlub edə bilməyəcəyimiz komanda yoxdur"

"Sabah"ın yarımmüdafiəçisi Cessi Sekidika Premyer Liqanın 30-cu turunda "Qarabağ"ı 3:2 məğlub etdikləri oyun haqda Sportinfo.az-a müsahibə verib.

- Çempionu məğlub etmək necə hislərdi?

- Bu oyunda qələbə bizim üçün çox vacib idi. Yaxşı mübarizə apardıq və layiq olduğumuz qələbəni qazandıq. İstənilən qələbə gözəl hisdir.

- 18 oyundu Premyer Liqada rəqib tanımayan “Qarabağ”ı udacağınıza oyundan əvvəl inanırdız?

- İstənilən oyuna qələbə qazanacağımız inamı ilə çıxırıq. Fikrimcə, məğlub edə bilməyəcəyimiz komanda yoxdur. Əsas xarakter göstərmək və meydanda sona kimi mübarizə aparmaqdır.

- Reduliçin “Qarabağ”a qarşı ilk oyunu idi. Marqalıdır, sizə xüsusi olaraq hansı tapşırıqları vermişdi?

- Bizim üçün hər oyun xüsusidir. Bu oyun da həmçinin. Matçdan öncə məşqçilər korpusu bu rəqibə qarşı necə oynamalı olduğumuz barədə bizə ətraflı məlumat verdi. Düşünürəm ki, məşqçilərin verdiyi tapşırıqları meydanda yerinə yetirə bildik.

- Oyunun böyük bölümün hücumçuların arxasında oynadın və kənardan yaxşı təsir bağışladığın görünürdü. Sırf rəqib üçün seçilən taktika idi, yoxsa gələcək oyunlarda da səni bu mövqedə görə bilərik?

- Mən əvvəlki oyunlardan bəzilərində də bu mövqedə oynamışam. Hər şey məşqçinin seçimindən asılıdır. Harda oynamağım lazım bilinsə, həmin mövqedə də əlimdən gələnin ən yaxşısını ortaya qoyaraq komandama faydalı olmağa çalışacam.

- “Qarabağ”a ən çox qol vuran komanda “Sabah”dır. Bunun sirri nədədir?

- Biz sadəcə meydana çıxıb mübarizə aparır, komandamızın qalib gəlməsi üçün əlimizdən gələni edirik. Əlbəttə, bu cür güclü rəqiblə belə nəticəyə imza atmaq xoşdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti