"Qarabağ"ı xalsız qoyan adam: "Mənim ən böyük mükafatım budur"

15 Aprel 19:00 Müsahibə 983
"Qarabağ"ı xalsız qoyan adam: "Mənim ən böyük mükafatım budur"

"Sabah"ın yarımmüdafiəçisi Tellür Mütəllimov Premyer Liqanın 30-cu turunda "Qarabağ"ı məğlub etdikləri matç (3:2) haqda Sportinfo.az-a müsahibə verib.

- Güclü rəqiblə oyunda vacib qələbə qazandınız. Nələr deyə bilərsən?

- Bizi ölkənin ən güclü komandası ilə oyun gözlədiyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Çox şükür, məşqdə çəkdiyimiz əziyyətin bəhrəsini meydanda gördük. Sona kimi mübarizə apardıq. Məncə, qələbəyə layiq idik.

- Qələbə qoluna görə xüsusi mükafat alacaqsan?

- Ən böyük mükafatım komandamın qazandığı qələbədir. Qolu kimin vurmasının fərqi yoxdur. Futbol komanda oyunudur. Qələbədə də, məğlubiyyətdə də hamı bir olmalıdır.

- Erkən qol buraxanda növbəti dəfə böyük hesabla uduzmaq qorxusu yaşadın?

- Meydanda olanda bu barədə düşünmürsən. Yalnız vəziyyətdən necə çıxmaq və komandaya necə fayda verəcəyin barədə düşünürsən. Hansı dəqiqədə qol buraxmaqadan asılı olmayaraq, sona kimi döyüşməli olduğumuzu hər birimiz yaxşı başa düşürdük.

- Qarşıda finala bərabər son 6 oyun var. "Sabah"ın bu matçlarda uğurlu olması üçün nələrə diqqət etməsi lazımdır?

- Bəli, qarşıdakı matçlar hər biri final dəyərindədir. Hər oyuna maksiumum köklənməli və meydanda var qüvvəmizlə mübarizə aparmalıyıq.

- "Zirə" və "Turan"a məğlubiyyətdən sonra çempiona qarşı oyuna belə yüksək səviyyədə köklənməyi necə bacardınız?

- Bunun üçün xüsusi motivasiyaya ehtiyac yoxdur. Geridə qalan bütün matçlar əhəmiyyətlidir. Hamı bunu yaxşı dərk edir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti