"Onda yeni idik, bizi heç kim yaxından tanımırdı, amma indi bizə qarşı..." - MÜSAHİBƏ

13 Aprel 12:20 Müsahibə 522
"Onda yeni idik, bizi heç kim yaxından tanımırdı, amma indi bizə qarşı..." - MÜSAHİBƏ

“Araz Naxçıvan”ın konqolu hücumçusu Elvis Maşike Sportinfo.az-a müsahibə verib.

- “Neftçi” ilə oyuna hazırlıq necə gedir?

- Bizim yeni baş məşqçimiz var. Məşqlərimiz onun rəhbərliyi altında davam edir. Hər şey yaxşıdır.

- Elmar Baxşıyevin rəhbərliyi altında bir neçə məşqə çıxmısınız. İlkin təəssüratlar necədir?

- Düşünürəm ki, o yaxşıdır. Bizə yeni taktiklar öyrədir. Qarşıda bizi çətin oyunlar gözləyir. Ona qulaq asmalıyıq ki, bizdən nə istədiyini anlayaq.

- Ümumiyyətlə, sona 7 tur qalmış baş məşqçi dəyişikliyini necə qarşıladınız?

- Baş məşqçi dəyişsə də həminki döyüş ruhu qalacaq. Çünki oyunçular eynidir. Bu, ancaq bizim üçündür. Meydanda özümüz, məşqçimiz, komandamız üçün döyüşməliyik. Ümid edirəm ki, belə də olacaq. Onun motivasiyasını hiss etməliyik. Bu, hər iki tərəf üçün də lazımdır.

- Ardıcıl 7 oyundu komanda qələbə üzünə həsrətdir. Qələbəyə mane olan nədir?

- Bu barədə nə deyəcəyimi bilmirəm. Düşünürəm ki, bizdə qələbə üçün motivasiya çatmır. Biz yeni başlayanda komanda təzə idi. Bizi heç kim yaxından tanımırdı. İndi bizə qarşı daha diqqətli davanırlar. Ona görə də rəqiblərə qarşı yeni planımız olmalıdır. Yoxdursa belə çətin olacaq.

- Qarşıdan "Neftçi" ilə oyun gəlir. Bu mövsüm rəqib üzərində 2 dəfə qalib gəlmisiniz. Növbəti uğur üçün hazırsınız?

- "Araz" yaxşı komandadır. "Neftçi" ilə qarşılaşmaya çox yaxşı hazırlaşmalıyıq. Meydançaya çıxıb, baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik. Öz keyfiyyətimizi ortaya qoymalıyıq. Uda da, uduza da bilərik. Amma yaxşı xarakter göstərməliyik. Onda da qələbə özü gələcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU