Elmar Baxşıyev: "Daha rəngarəng oyun sisteminə sahib ola bilərik"

11 Aprel 13:40 Müsahibə 766
Elmar Baxşıyev: "Daha rəngarəng oyun sisteminə sahib ola bilərik"

“Araz Naxçıvan” Premyer Liqanın sonuna 7 tur qalmış baş məşqçi dəyişikliyinə getdi.

Muxtar Respublika təmsilçisi Azər Bağırovla yolla ayırıb, onun yerinə Elmar Baxşıyevi gətirdi.

Ötən ay “Qəbələ”dən ayrılan təcrübəli mütəxəssislə söhbətimiz də elə onun təyinatı ilə bağlı sualla başladı.

- Təyinatınız necə baş tutdu?

- Danışılası çox şey yoxdur. Sadəcə rəsmi təklif gəldi. Biz də danışıb, gələcəklə bağlı müzakirə apardıq və bura gəlmək qərarı verdim.

- Artıq iki məşqə komandanı çıxarmısınız. Daha yaxından gördüyünüz futbolçuların performansı barədə düşüncələriniz necədir?

- Ümumi mənzərə normaldır. Yaxşı futbolçulara sahib komandadır. Düşünürəm ki, daha rəngarəng oyun sisteminə sahib ola bilərik. Bunun üzərində çalışacağıq. İstədiyim bir futbol modeli var. Onu alındırmağa çalışacağıq.

- Azər Bağırovun da oyun düşüncəsi sizinkinə oxşar idi - daha çox hücumda olmaq, baxımlı oyun göstərmək. Bu məqamı öz oyun modelinizi ortaya qoymaq yolunda üstünlük saymaq olar?

- Maraqlı futbolçulara sahibik. Oxşarlıq ola bilər. Bunda Azər müəllimin rolu var. Birinci Liqadan bu yerlərə kimi gətirib. Mən də bundan sonra üzərimə düşənin ən yaxşısını etməyə çalışacam.

- Təklif alandan sonra Azər müəllimlə danışığınız oldumu?

- Bəli, söhbətimiz oldu. Azər müəllimlə daha əvvəl də danışıqlarımız olurdu. Ünsiyyətimiz normaldır.

- İlk oyununuz "Neftçi"yə qarşı olacaq. Bu rəqib üzərində qələbə təcrübəniz var. Şansları necə görürsüz?

- Oyunun əhəmiyyətini dərk edirik. Rəqibin təqdimata ehtiyacı yoxdur. Futbolçularıma güvənirəm. İnanıram ki, qarşıdakı günlərdə həmin oyuna qarşı düzgün köklənib, uğurlu nəticə qazana biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti