“Neftçi”ylə zarafat etmək niyyətimiz yox idi – “Qarabağ”ın legioneri

4 Aprel 21:00 Müsahibə 1 849
“Neftçi”ylə zarafat etmək niyyətimiz yox idi – “Qarabağ”ın legioneri

“Qarabağ”ın legioneri Patrik Andrade Sportinfo.az-a müsahibə verib.

Kabo-verdeli yarımmüdafiəçi komandasının ölkə kubokunun yarımfinal qarşılaşmasında “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiyi oyun haqda sualları cavablandırıb.

- “Neftçi”ni rəqib meydanında darmadağın etmək necə hisdir?

- Həftəlik məşqlərimiz daha yaxşı olmağa hesablanıb. Rəqibin kim olmasının fərqi yoxdur. Çalışırıq ki, nöqsanları aradan qaldırıb oyun keyfiyyətini artıraq. Bu gün məşqlərdə çəkdiyimiz zəhmətini gördük. Qələbə qazanmaq xoşdur.

- Əksəriyyət bu komandalar arasındakı oyunları derbi adlandırır. “Qarabağ” iki oyunda “Neftçi”nin qapısına 8 top vurursa, bunun nəyi derbidir?

- (gülümsəyir) Cavab vermək üçün çətin sualdır. Kənardan necə görünür, deyə bilmərəm. Ancaq bizim üçün digər rəqiblərlə olduğu kimi, “Neftçi”ylə oyunların əhəmiyyəti böyükdür. “Neftçi”ylə zarafat etmək niyyətimiz yox idi. Məqsədimiz öz işimizi görüb qələbə qazanmaq idi.

- “Sabah” son 2 oyunda “Qarabağ”ın qapısından 7 top keçirdi. “Neftçi”yə qarşı oynamaq çətindir, yoxsa “Sabah”a?

- Hər komandanın özünə uyğun oyun fəlsəfəsi var. Məşqçilər heyəti rəqibləri təhlil edib, lazım olan tapşırıqları verirlər. Biz də meydanda yerinə yetirməyə çalışırıq. Ona görə də birini digərindən ayıra bilmərəm. Vacib olan bizim öz oyunumuzu göstərməyimizdir.

- Avrokubok mübarizəsi başa çatdı, növbəti çempionluğu bayram etdiniz, ölkə kubokunun finalına yüksəldiyinizi deyə bilərik. Qarşıdakı matçlara necə köklənəcəksiniz?

- Baş məşqçi postunda Qurban Qurbanov kimi ciddi şəxs var. O, bütün rəqiblərə və turnirlərə ciddi yanaşır və sona qədər işimizi görməyi tələb edir. Əvvəl necə məşq edib oynayırdıqsa, bundan sonra da elə olacaq. Hansısa rahatlıqdan söhbət gedə bilməz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU