Kapitandan etiraf: "Bu da bizim problemimizdir"

4 Aprel 20:00 Müsahibə 345
Kapitandan etiraf: "Bu da bizim problemimizdir"

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov Premyer Liqanın 28-ci turunda “Araz Naxçıvan”ı məğlub etdikləri oyundan (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Bu gün qazanılan vacib qələbəni necə şərh edərdin?

- Oyuna yaxşı başladıq. İlk hissə demək olar oyuna nəzarət bizdə idi. Qol epizodlarımız vardı. Birindən istifadə edə bildik. İdeala yaxın oynadığmızı deyə bilərəm. İkinci yarıda rəqib nisbətən artırdı. Bizdə aktivlik azaldı. Bu, bəlkə də qələbə üçün daha ehtiyatlı olmağımızdan irəli gəlirdi. Amma istəyirdik ki, bir qol da vurub rahat olaq. İmkanlar da oldu. Amma istifadə edə bilmədik. Bu da bizim problemimizdir. Son nöqtəni qoya bilmirik. “Araz” son 10-15 dəqiqəni irəli atılanda da yaxşı əks-hücumlar əldə etdik.

- Əsas rəqiblərdən “Neftçi” və “Zirə” bu oyuna kimi turu qələbə ilə başa vurmuşdu. Həmin nəticələr üzərinizdə əlavə təzyiq yaratmırdı?

- Məsuliyyətli idik. Qol buraxmaq istəmirdik. İkinci yarı bəlkə də ona görə aktivlik azaldı. İlk hissə amma top səviyyədə oynadıq. Çempionat sona yaxınlaşır, adam 3 xalı itirmək istəmir.

- Son 8 oyuna 8 final da deyə bilərik. Bura qədər çəkilən əziyyətin puç olmaması üçün nələrdə diqqətli olmalısınız?

- Detallar çoxdur. Məsələn, bu oyunda iki əsas oyunçumuz cəzalı duruma düşdü. Detallardan biri də budur. Əsas odur ki, əlimizdən gələni etməli, mübarizədən qopmamalıyıq. Bu gün ilk hissədə olduğu kimi 90 dəqiqə oynamalıyıq. Onda uğur gələcək.

- Geniş müzakirələrə yol açan penal epizodunu necə şərh edərdin?

- Epizoda təkrar baxmamışam. Fərqli fikilər eşitdim. Lakin mənim rakursumdan təmiz penal idi.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti