Araz Abdullayev sükutu "Sportinfo"da pozdu: "Buna səbəb etdiyim yanlış seçimlər oldu"

1 Aprel 22:20 Müsahibə 1 046
Araz Abdullayev sükutu "Sportinfo"da pozdu: "Buna səbəb etdiyim yanlış seçimlər oldu"

Bir ildən artıq aradan sonra Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev yenidən Premyer Liqmıza üz tutdu.

O, mövsümün qalan bölümündə “Zirə”nin uğurları üçün tər axıdacaq.

Son 16 ayda cəmi 81 dəqiqə rəsmi oyunda forma geyinmiş təcrübəli futbolçunun “qartallar”a keçidi ictimaiyyətdə birmənalı qarşılanmadı.

Premyer Liqanın 28ci turunun “Sabah”la matçında (1:0) ehtiyat oyunçular arasında yer alan 32 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

- "Zirə"yə transferin gözlənilməz oldu…

- Bəli, son anda baş tutdu. Buna görə Rəşad Sadıqova təşəkkür edirəm. Növbəti oyunlar etimad göstərəcəyi halda komandaya faydalı olmağa çalışacam.

- Hazırkı forman "Zirə"yə komək etməyə yetərlidir, yoxsa zamana ehtiyacın var?

- Maksimum çalışıram ki, daha tez hazır olum. Çempionatda gərgin mübarizə gedir. Belə məqamda "Zirə"yə fayda vermək istəyirəm. İnşallah, növbəti oyunlardan bunu meydanda göstərərəm.

- Keçidin ictimaiyyətdə heç də xoş qarşılanmadı. Belə münasibəti sən necə qarşıladın?

- Əlbəttə, hər kəs birmənalı şəkildə yaxşı qəbul edə bilməz. Mən də bunu normal qəbul edirəm. Mənim işim futbol oynamaqdır. Özümü meydanda doğrultmağa çalışacam.

- Azərbaycan futbolunda istedadlı oyunçulardan hesab olunurdun. Hər zaman iddialı klublardan çıxış etmisən. Son zamanlar kölgədə qalmağın nə ilə bağlıydı?

- Düşünürəm ki, doğru seçimlər etmədim. Getdiyim klublarda yanıldım.

- “Zirə”yə keçidinlə nəyə ümid bəsləyirsən?

- Burada ilk gündən yaxşı kollektiv olduğunu hiss edirəm. Məşqçilər də mənə inanır. Düşünürəm ki, hər şey bundan sonra daha yaxşı olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti