"Mən özümə qəhrəman deməzdim, lakin..." - Ruan Renato

1 Aprel 21:00 Müsahibə 357
"Mən özümə qəhrəman deməzdim, lakin..." - Ruan Renato

"Zirə"nin braziliyalı müdafiəçisi Ruan Renato Premyer Liqanın 28-ci turunda "Sabah" üzərində qazandıqları qələbə (1:0) haqda Sportinfo.az-a müsahibə verib.

- Önəmli qələbə qazandınız. Nələr deyə bilərsən?

- Təbii ki, səfərdə “Sabah”a qarşı oynamaq çətin idi. Ağır oyun olacağını bilirdik. Sonucda qol vurub, qələbə ilə ayrılmağımıza görə məmnunam.

- Vurduğun qol komandana vacib 3 xal gətirdi. Özünü qəhrəman hesab edirsən?

- Qəhrəman deməzdim. Lakin nə xoş ki, qolu vurdum və qələbə qazandıq. Amma bu gün mən də daxil olmaqla hər kəs yaxşı oynadı. Kimisə qəhrəman hesab edəsi olsaq, məncə, bütün komandanı qəhrəman hesab etmək olar.

- Son 8 oyunu 8 final da adlandırmaq olar. “Zirə”nin şanslarını necə qiymətləndirirsən?

- Təbii ki, məqsədlərimizə çatmaq üçün 8 oyun bizə çox mühüm olacaq. Hər bir oyun ağır olacaq. Oyundan-oyuna köklənməliyik.

- İkinci yarıda “Sabah”a yarım qol epziodu belə vermədiniz. Fasilədə baş məşqçinin hansı tapşırıqları olmuşdu?

- İlk hissədəki kimi oynamağı və hətta ikinci qolu vurmalı olduğumuzu söylədi. Düzdü, ikinci qolu vura bilmədik, amma vacib olan qələbə ilə buradan ayrılırıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti