SƏRT MESAJ: "Kimsə 100% hərəkət etməyəcəksə, sonu belə olacaq"

25 Mart 21:40 Müsahibə 774
SƏRT MESAJ: "Kimsə 100% hərəkət etməyəcəksə, sonu belə olacaq"

"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Sportinfo.az-a müsahibə verib.

- "Qəbələ" ilə yoxlama matçı (0:2) barədə nələr deyə bilərsiz?

- İlk öncə onu deməliyəm ki, nəticə yaxşı olmadı. Düzdü, qaçdıq, hərəkət etdik, amma kimsə 100% hərəkət etməyəcəksə, sonu da belə olacaq. Bu görüş bizim üçün bir dərs olmalıdır. Bu oyundan nəticə çıxarmaq lazımdır.

- Nəticəni daha çox yoxlama görüşü olması ilə bağlamaq olar, yoxsa futbolçular verdikləriniz tapşırıqları yerində yetirmədilər?

- Əlbəttə, bəzi oyunçuların davranışı, oyuna daxil olmaları xoşuma gəlmədi. Bəzən belə yoldaşlıq oyunlarında uduzmaq lazımdır, nəinki rəsmi matçlarda.

- Yaranmış fasiləni komandanız üçün necə dəyərləndirirsiniz?

- 5 oyunçumuz milli komandalardadır. Onların yoxluğu hiss olunur. Bu gün Elvin, Amil, Xəyal və Marqarita yox idi. Hər biri əsas heyət futbolçularıdır. Amma bunları normal qəbul etməliyik.

- Rəsmi oyunlarda olduğu kimi, bugünkü sınaq matçında da gənc futbolçulara güvəndiniz. Onlarını çıxışını necə qiymətləndirirsiz?

- Hər məşqçi kimi, mən də gənc oyunçulara şans verməyi xoşlayıram. Gələcəkdə də onlara şans verəcəm. Gənclər bizim klubun gələcəyidir. Onları əsas komandada uzunmüddətli görmək lazımdır. Bu gün özlərini yaxşı göstərdilər. Gələcəkdə də onlara şans verməyi düşünürəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!