Gürcünün təriflədiyi azərbaycanlı: "11 ildir buradayam, üzərimdə böyük haqları var"

27 Mart 19:40 Müsahibə 2 541
Gürcünün təriflədiyi azərbaycanlı: "11 ildir buradayam, üzərimdə böyük haqları var"

"Qəbələ" milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə "Sabah"la yoxlama matçı keçirib.

Bölgə klubunun qələbəsi ilə bitən (2:0) matç həm də gənc futbolçu Orkan Təhməzlinin əsas komandada debüt etməsilə yadda qalıb.

Kaxaber Tsxadadzenin haqqında müsbət fikilər səsləndirdiyi 19 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a müsahibə verib.

- Debüt matçını necə qiymətləndirirsən?

- Bu gün ilk dəfə əsas komandada meydana çıxdım. Çox sevincliyəm. Uzun müddət idi bu anı gözləyirdim. Mənə güvənən insanlara təşəkkür edirəm. İnşallah, ümidləri doğruldaram.

- Baş məşqçidən "hazırlaş" tapşırığı alanda hansı hislər keçirdin?

- Çox həyəcanlandım. İnşallah, davamı gələr. Qarşıdakı oyunlarda daha çox şans alaram. Yoldaşlıq oyununda yox, rəsmi görüşlərdə komandama kömək edərəm.

- Baş məşqçinin sənə şans tanıması gözlənilməz olmadı?

- Xeyr, gözlənilməz olmadı. Buna inanırdım. Baş məşqçimiz mənə güvəndiyi üçün təşəkkür edirəm. Gəldiyi gündən mənə çox diqqət göstərir. Cavanlara belə münasibəti görmək xoşdur.

- Gürcüstanlı mütəxəssis saytımıza açıqlamasında haqqında xoş fikirlər səsləndirdi. Qısa müddətə bu inamı necə əldə edə bilmisən?

- Bunu dəqiq deyə bilmərəm. Hər zaman meydanda, məşqlərdə bacarığımı ortaya qoymağa çalışıram. Yəqin ki, tələblərinə cavab verdiyim üçün diqqət ayırıb.

- İlk dəfə yüksək liqa klubuna qarşı mübarizə apardın. Əsas çətinliyi nədə yaşadın?

- Təcrübəmin azlığı aydın hiss olunurdu. Həyəcan olduğunu da deməliyəm. İnşallah, daha çox oynadıqca bunları aradan qaldıra biləcəyimi düşünürəm.

- Yetirməsi olduğun "Qəbələ" hazırda çox çətin durumdadır. Üzərində əziyyəti olan komanda ilk dəfə liqanı tərk edə bilər. Bu mənzərə səni iki qat motivasiya edirmi?

- 11 ildi bu klubdayam. Üzərimdə böyük haqları var. Əlbəttə, şans alacağım halda klubun Premyer Liqada yerini qoruması üçün iki qat güclə meydanda mübarizə aparacam.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"