Fal fal açmadı, gördüyünü dedi: "Bəzən belə şeylər olur"

21 Mart 16:05 Müsahibə 464
Fal fal açmadı, gördüyünü dedi: "Bəzən belə şeylər olur"

Premyer Liqanın 27-ci turunda “Zirə”yə məğlub olan (1:2) “Kəpəz”in yarımmüdafiəçisi Latir Fal Sportinfo.az-az-a müsahibə verib.

- Məğlubiyyət barədə nələr deyə bilərsən?

- Birinci hissə oyuna yaxşı başlamadıq. Tez-tez top itkilərinə yol verdik. Sonradan bunu düzəltmək mümkün olmadı.

- Birinci hissəni önə çəkdin, amma ikinci yarı daha zəif "Kəpəz" gördük. Ardıcıl qollar buraxdınız...

-Bəzən belə şeylər olur. Hər komandada bu kimi hallar baş verə bilir. Razıyam, birinci hissə qol imkanlarımız daha çox idi.

- Qış fasiləsindən sonra "Qarabağ"dan sonra ən formada olan komanda "Kəpəz"dir. Bugünkü zəif çıxışın kökündə qələbələrin gətirdiyi arxayınçılıq ola bilər?

- Futbolun reallıqlarından biridir. Bəzən belə hallar baş verə bilir. Növbəti oyunlar üçün konsetrasiyamızı yaxşılaşdırmağa çalışacağıq.

- Bu gün əsas heyətin dəyişilməz üzvlərindən hesab olunan Papunaşvili və Elçin Əlicanov meydanda yox idi. Onların yoxluğunu hiss etdiniz?

- Onların oyunumuzda önəmi böyükdür. Yerləri görünürdü.

- "Kəpəz"dəki çıxışını necə qiymətləndirirsən?

- Normal olduğunu deyə bilərəm. Amma daha yaxşısını edə bilərəm.

- Adil Şükürovun gəlişindən sonra daha az şans qazanırsan. Bu, nə ilə bağlıdır?

- Baş məşqçinin qərarıdır. Buna hörmətlə yanaşıram.

- İlk baxışdan görmək olur ki, keyfiyyətin var. Amma sanki özünü hələ də meydanda rahat hiss etmirsən. Bunu nə ilə izah edərdin?

- Tam olaraq deyə bilmərəm. Bəlkə də adaptasiya prosesini arxada qoya bilməmişəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"