“Özümdən gözlədiyim daha çox şey var” - MÜSAHİBİ GÖRÜN

13 Mart 23:00 Müsahibə 390
“Özümdən gözlədiyim daha çox şey var” - MÜSAHİBİ GÖRÜN

“Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Nəbiyev Premyer Liqanın 26-cı turunda “Araz Naxçıvan”ı məğlub etdikləri (2:0) oyun haqda Sportinfo.az-a müsahibə verib.

- Qələbəni necə şərh edərdin?

- Çətin oyun keçdi. Bilirdik ki, "Araz Naxçıvan" komandası qələbə üçün bura gəlmişdi. Əlimizdən gələnin ən yaxşısını etdik ki, azarkeşlərimizi qələbə ilə sevindirək. Şükür Allaha bu bizə nəsib oldu.

- Sönük oyun gedirdi. Amma ikinci yarının sonlarına yaxın qarşılaşmada gərginlik pik həddə çatdı. Nə baş verdi sona yaxın?

- Taktiki mübarizə gedirdi. Ələ düşəcək fürsətləri gözləyirdik. İlk hissə rəqibi yormağa çalışdıq. İkinci yarı meydana daxil olan futbolçular oyunun axarını dəyişdi. Bu da bizi məmnun edir.

- Bu qələbə ilə liderlər qrupuna yenidən yaxınlaşdınız. Avrokubok şanslarını necə görürsən?

- Hazırda avrokuboklar yox, qarşıdakı matçlar haqqında düşünürük. Çalışırıq hər oyunda xallar qazanaq və bu da gələcəkdə bizə kömək olsun.

- Hələ də əsas heyət üzvü hesab olunmursan. Özünün "Turan" karyerasını necə qiymətləndirirsən?

- Özümdən gözlədiyim daha çox şey var. Amma komandaya uyğunlaşmaq məsələsi var. "Turan"a daha çox xeyir verməyi düşünürəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!